Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində cümə namazı zamanı məscid yaxınlığında baş verən güclü partlayış nəticəsində ilkin məlumatlara görə 15 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.
"Geo News" telekanalının məlumatına görə, insident Kohat rayonunda baş verib. Kohat Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Tahir Əli Şah xəstəxanada fövqəladə vəziyyət elan edildiyini və yaralıların müalicə olunduğunu təsdiqləyib.
TÖVSİYƏ EDİLƏN
Yerli polis partlayış nəticəsində binaya ciddi ziyan dəydiyini qeyd edib. Hadisədən sonra Kohat-Hanqu yolu nəqliyyatın hərəkəti üçün bağlanıb, əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb edilib. Axtarış-xilasetmə əməliyyatları davam edir.
























