DÜNYA
1 dəqiqə oxuma
Qətərin Baş naziri D.Trampın Qəzza ilə bağlı planına münasibət bildirib
Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim bin Cabir Əl Sani bəzi məsələlərin aydınlaşdırılmasına və danışıqların aparılmasına ehtiyac olduğunu vurğulayıb
Qətərin Baş naziri D.Trampın Qəzza ilə bağlı planına münasibət bildirib
Qətərin Baş naziri D.Trampın Qəzza ilə bağlı planına münasibət bildirib / AA
1 oktyabr 2025

Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim bin Cabir Əl Sani ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı planında bəzi məsələlərin aydınlaşdırılmalı olduğunu bildirib.

Əl-Cəzirə telekanalına müsahibəsibə verən Əl Sani deyib:
“Trampın təklif etdiyi plan müharibəni sona çatdırmaqla mühüm məqsədə xidmət edir. Lakin bəzi məsələlərə aydınlıq gətirilməli və danışıqlar aparılmalıdır. Ümid edirik ki, hər kəs plana konstruktiv yanaşacaq və müharibəni sona çatdırmaq üçün bu fürsətdən yararlanacaq’’

Qətərin Baş naziri bildirib ki, “Həmas” hələlik planla bağlı rəsmi mövqeyini açıqlamayıb.
“Həmas’’ın bu plana reaksiyası hələ məlum deyil və bu cavab digər Fələstin qrupları ilə də razılaşdırılmalıdır.

Şeyx Məhəmməd Əl Sani qeyd edib ki, vasitəçilər sentyabrın 29-da keçirilən görüşdə “Həmas”a açıq şəkildə müharibənin sona çatdırılmasının əsas məqsəd olduğunu bildiriblər.

‘‘Qətərin əsas məqsədi Qəzzadakı fələstinlilərin əzabına son qoymaqdır. Qətərin prioriteti isə Qəzzada müharibəyə, aclığa, itkilərə və köçkünlüyə son qoymaqdır’’,-deyə Məhəmməd bin Əbdülrəhman bin Casim bin Cabir Əl Sani vurğulayıb.

Əl Sani həmçinin qeyd edib ki, ərəb və islam ölkələri fələstinlilərin öz torpaqlarında qalması və iki dövlətli həll yoluna nail olmaq üçün ciddi səylər göstərirlər.