SİYASƏT
1 dəqiqə oxuma
Vladimir Putin Ukrayna ilə danışıqlara hazır olduqlarını bildirib
O, müvəqqəti atəşkəs deyil, hər iki ölkənin təhlükəsizliyini təmin edən tam sülh sazişinin tərəfdarı olduqlarını vurğulayıb.
Vladimir Putin Ukrayna ilə danışıqlara hazır olduqlarını bildirib
Vladimir Putin Ukrayna ilə razılığa gəlməyə hazır olduqlarını bildirib

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlara hazır olduqlarını bildirib. O, müvəqqəti atəşkəs deyil, hər iki ölkənin təhlükəsizliyini təmin edən tam sülh sazişinin tərəfdarı olduqlarını vurğulayıb.

"Rossiya" dövlət televiziyasına müsahibə verən Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin "ərazi itkiləri" barədə fikirlərinə münasibət bildirib. Rusiya lideri nəzarətə götürülən torpaqların tarixi Rusiya ərazisi olduğunu və orada yaşayan əhalinin Rusiya Federasiyasına qoşulmağa səs verdiyini irəli edərək "ərazi itkisi" ifadəsinin yersiz olduğunu deyib.

Vladimir Putin Avropa ölkələrində Rusiya təhdidi ilə bağlı səslənən bəyanatları "siyasi şizofreniya" adlandırıb və bu yanaşmanın tezliklə dəyişəcəyinə ümid etdiyini bildirib.

Ruslar və ukraynalıların faktiki olaraq eyni xalq olduğunu ifadə edən Rusiya dövlət başçısı Kiyevlə hər mövzuda razılığa gəlməyin mümkünlüyünü diqqətə çatdırıb. Bununla belə, o, Rusiya tərəfinin "xüsusi hərbi əməliyyat"ın bütün məqsədlərinə çatacağını da əlavə edib.