SİYASƏT
2 dəqiqə oxuma
İraq BMT-yə genişləndirilmiş dəniz xəritəsini təqdim edib
İraq BMT-yə genişləndirilmiş dəniz xəritəsini təqdim edərkən Körfəz ölkələri Küveyti dəstəkləyir
İraq BMT-yə genişləndirilmiş dəniz xəritəsini təqdim edib
İraq BMT-yə genişləndirilmiş dəniz xəritəsini təqdim edib / AA
23 fevral 2026

Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Səudiyyə Ərəbistanı Küveytin dəniz suverenliyini dəstəklədiklərini bildirib, İraqı beynəlxalq hüquqa hörmət etməyə çağırıblar.

Həmin ölkələr İraqın yeni dəniz koordinatlarını və yenilənmiş xəritəsini Birləşmiş Millətlər Təşkilatına təqdim etməsindən sonra, Küveytin dəniz əraziləri üzərindəki suverenliyini dəstəklədiklərini bir daha təsdiqləyiblər.

Qətər Xarici İşlər Nazirliyi bəyan edib ki, Qətər Dövləti qardaş Küveytlə tam həmrəydir. Nazirlik İraq tərəfindən BMT-ye təqdim edilən, Küveytin dəniz ərazilərini, habelə paylaşılan Fəth əl-Qaid və Fəth əl-Ayc kimi sabit dəniz sərhədlərini pozan koordinat siyahılarına və xəritəyə qarşı olduğunu bildirib.

Bəhreyn Xarici İşlər Nazirliyinin (Qətər xəbər agentliyi tərəfindən yayılan) açıqlamasına görə, İraqın təqdim etdiyi sənədlər Küveytin suverenliyini pozur. Nazirlik vəziyyəti "diqqətlə izlədiyini" vurğulayıb. Bəyanatda İraq, iki ölkə arasındakı tarixi münasibətləri nəzərə almağa və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq məsuliyyətli davranmağa çağırılıb.

BƏƏ Xarici İşlər Nazirliyi də Küveytin qanuni hüquqlarına dəstəyini təkrarlayaraq İraqın təklifi ilə bağlı narahatlığını ifadə edib: "Bu məsələyə beynəlxalq hüquq prinsiplərinə, 1982-ci il BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasının (UNCLOS) müddəalarına və ikitərəfli sazişlərə uyğun yanaşmaq lazımdır".

Səudiyyə Ərəbistanı isə İraqın təqdim etdiyi siyahıda iki ölkənin təbii sərvətləri paylaşdığı "bölünmüş bölgəyə" bitişik ərazilərin də olduğunu qeyd edib. Rəsmi Ər-Riyad bu koordinatların Küveytin suverenliyini pozduğunu bildirib.

Xatırladaq ki, Küveyt fevralın 21-də Bağdadın bu addımına etiraz olaraq İraqın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb. Nazirlik iddia ərizəsinə Küveytin tam suverenliyi altında olan Fəth əl-Qaid və Fəth əl-Ayc ərazilərinin daxil edilməsini qəbulolunmaz adlandırıb.

Araşdırma
İran beş ərəb ölkəsindən təzminat istəyib
Vens: "Pakistandakı İran danışıqlarında 'ciddi irəliləyiş' əldə olundu"
İsrail Livanın cənubunda "bufer zona"nın yaradılmasını təklif edib
Kansler Fridrix Merts Fələstin ərazilərindəki mövcud vəziyyətdən narahatlığını ifadə edib
İran Hörmüz boğazındakı gərginlik səbəbindən Körfəz limanlarının təhlükəsiz olmayacağını bildirdi
Donald Tramp İrana qarşı yeni hərbi əməliyyatları nəzərdən keçirir
ABŞ və İran arasında İslamabadda keçirilən sülh danışıqları uğursuzluqla nəticələnib
İran ilə ABŞ arasındakı danışıqlar prosesi başa çatdı
ABŞ İran müharibəsinə dəstək verməyən bəzi NATO ölkələrindəki hərbçilərini geri çəkəcək
Zelenski İran PUA-larını vurduqlarını iddia etdi, Rusiya neftinə sanksiya tətbiq olunmasını istədi
ABŞ İsrail-Livan sülh danışıqlarına ev sahibliyi edəcək
Rusiya Pasxa bayramı ilə əlaqədar Ukrayna ilə müvəqqəti atəşkəs elan edib
Burhanəddin Duran:''NATO müasir reallıqlara uyğunlaşmalıdır''
Donald Tramp: ''ABŞ qüvvələri İran və ətrafında hərbi mövcudluğunu davam etdirəcək''
Pakistan İsrailin Livana hücumlarını qəti şəkildə pisləyib
İsrail müxalifəti B.Netanyahunu tənqid atəşinə tutub
ABŞ–İran atəşkəs razılaşmasından sonra gələn qlobal reaksiyalar
İsrail İranın Şiraz şəhərindəki neft-kimya kompleksinə zərbə endirdiyini açıqlayıb
Ərəb ölkələri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə daxil olmasına reaksiya göstəriblər
ABŞ senatorları D.Trampın İranı hədələməsini pisləyiblər