DÜNYA
2 dəqiqə oxuma
İsraildəki Birgə Ərəb Siyahısı: Netanyahu tam histeriya içindədir, bəyanatları dəlilik, irqçilikdir
Netanyahu parlamentdəki çıxışında Birgə Siyahını "İsrailin məhvini məqsəd qoymaqda" ittiham edib
İsraildəki Birgə Ərəb Siyahısı: Netanyahu tam histeriya içindədir, bəyanatları dəlilik, irqçilikdir
Benyamin Netanyahu

İsrail vətəndaşı olan fələstinliləri təmsil edən Birgə Ərəb Siyahısı müvəqqəti Baş nazir Benyamin Netanyahunun "tam bir histeriya içində olduğunu" bildirərək, onun parlamentdəki (Knesset) çıxışını "dəlilik və irqçilik" kimi qiymətləndirib.

Birgə Ərəb Siyahısı Netanyahunun çıxışında İsrail ərəblərinə qarşı təhrikedici ifadələr işlətməsindən sonra yazılı bəyanat yayıb.

Netanyahunun çıxışlarına etiraz edilən bəyanatda bildirilib: Qan tökən və cinayət törədən Baş nazir tam bir histeriya içindədir. Bu gün etdiyi çıxışdakı dəlilik, təhrikçilik, irqçilik və nifrət dolu ifadələri başqa cür izah etmək mümkün deyil. Netanyahunu, Parlament Sədrini və onların kahanist hökumətini devirmək istəyən seçicilərimizin iradəsini yaxın zamanda həyata keçirmək və onları tarixin zibilliyinə atmaq üçün çalışacağıq.

Digər tərəfdən, Birləşmiş Ərəb Siyahısının (Raam) lideri Mansur Abbas da İsrailin "Kanal 12" televiziyasına verdiyi açıqlamada Netanyahunun ərəb deputatları hədəf alan çıxışına etirazını bildirib.

Abbas deyib: "Baş nazirin rəsmi tədbirdən İsraildəki ərəb vətəndaşlara qarşı təhrikçilik və qanlı böhtanlar uydurmaq üçün istifadə etməsi məni təəccübləndirdi. Sədaqətimizlə bağlı heç bir şübhə yoxdur".

İsrail Baş naziri Netanyahu oktyabrın 27-də keçirilən seçkilərdən sonra parlamentin açılış iclasında milli birlik hökuməti çağırışını təkrarlayaraq, Raam və Birgə Siyahını "İsrailin məhvini məqsəd qoymaqda" ittiham etmişdi: "Ölkəmizin taleyini bu insanların əllərinə həvalə edəcəksiniz? Nəhəng bir sionist kütləni təmsil edən sionist partiyalar əvəzinə onları üstün tutursunuz?" -deyə danışmışdı.

Ölkədə oktyabrın 27-də keçirilən seçkilərdə Birgə Siyahı 11 mandat, Mansur Abbasın rəhbərlik etdiyi Birləşmiş Ərəb Siyahısı isə 8 mandat qazanıb.

Hər iki siyahı Netanyahu hakimiyyətinə son qoymaq məqsədilə hökuməti qurmaq vəzifəsinin "Yashar" Partiyasının lideri Qadi Ayzenkota tapşırılmasını dəstəklədiklərini bəyan etsələr də, bu məsələ onların ehtimal olunan koalisiya hökumətində yer alacaqları mənasını daşımır.

Araşdırma
Misirdə baş verən qatar qəzasında yeddi nəfər ölüb, 112 nəfər yaralanıb
Qətər Əmiri və ABŞ Prezidenti arasında telefon danışığı olub
NATO-Ukrayna Şurası Brüsseldə fövqəladə iclas keçirib
Berni Sanders: "İranla müharibə qanunsuz və konstitusiyaya ziddir"
İsrailin son 24 saatda Qəzzaya təşkil etdiyi hücum nəticəsində 3 nəfər həlak oldu
Avropa İttifaqı böhranlara qarşı hazır olmaqla bağlı çağırış edib
Pakistanda iki polis silahlı hücum nəticəsində həlak olub
Malayziya Myanmara göndərilən şəxslərin saxlanılması ilə bağlı hökumətdən izahat tələb edəcək
ABŞ-də Konqresə aralıq seçkiləri keçirilir
28 il əvvəl Çilidən yola çıxan səyyah yürüşünü Böyük Britaniyada başa vurdu
İsrailin Qəzzaya hücumları nəticəsində daha 7 fələstinli həlak oldu
Zelenski Rusiyanın hücumunda ölənlərin sayının 26-ya çatdığını bildirib
Myanma ordusunun Rakhayn ştatına endirdiyi zərbələr nəticəsində 15 mülki şəxs həlak olub
Əfqanıstan ABŞ-ın əfqan miqrantları Pakistana deportasiya etmək planından narahatdır
Venesuela ordusu Kolumbiya üsyançılarına məxsus düşərgəyə hava zərbəsi endirib
İsrail ordusu mühasirə və hücumlardan sonra Əl-Xəlildən çəkilib
Rusiya-Ukrayna müharibəsi Qara dənizdə 120 min delfinin ölümünə səbəb olub
Volodimir Zelenski: "Türkiyədə mühüm danışıqlar keçiriləcək"
ABŞ İsrailə 10 hərbi yük təyyarəsi göndərib
Moskva Ukraynaya məxsus 1 214 PUA-nın gecə boyu Rusiyanı hədəf aldığını açıqlayıb