DÜNYA
2 dəqiqə oxuma
İsrail Qəzzada daha 9 fələstinlini qətlə yetirib
Qüvvədə olan atəşkəs razılaşmasına baxmayaraq, İsrail qüvvәlәrinin  Qəzzaya endirdiyi yeni zərbələr nəticəsində ən azı 9 fələstinli həlak olub, uşaqlar da daxil olmaqla çox sayıda insan yaralanıb
İsrail Qəzzada daha 9 fələstinlini qətlə yetirib
İsrail Qəzzada daha 9 fələstinlini qətlə yetirib / AA

Qüvvədə olan atəşkəs razılaşmasına baxmayaraq İsrail qüvvәlәrinin  Qəzzaya endirdiyi yeni zərbələr nəticəsində ən azı 9 fələstinli həlak olub, uşaqlar da daxil olmaqla çox sayıda insan yaralanıb. İsrail qüvvәlәri Qәzzadakı dörd yaşayış məntəqəsini hədəf alıb.

Ən çox itkinin qeydə alındığı hücumda Labid ailəsinin beş üzvü, o cümlədən üç uşaq həyatını itirib. Doqquz yaşlı bir qız uşağı isə bu dağıdıcı zərbədən yüngül xəsarətlərlə sağ çıxa bilib. Tibbi mənbələr bildirir ki, müxtəlif nöqtələrə təşkil edilən digər hücumlarda daha dörd fələstinli ölüb, daha bir qadın isə əvvəlki bombardmanlar zamanı aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib

Hava hücumları ilə yanaşı, İsrail ordusu Qəzzanın həm şimalında, həm də cənubunda binaları və yaşayış sahələrini kütləvi şəkildə dağıtmağa davam edir. Şahidlərin verdiyi məlumata görə, işğalçı qüvvələr cənubdakı Xan Yunis şəhərinin şərqində azı 10 binanı, həmçinin Qəzzanın şərq məhəllələrində daha iki obyekti tamamilə məhv ediblər.

Qeyd edək ki, İsrailin 2023-cü ilin  oktyabrında Qəzzada başlatdığı genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində indiyədək 70 000-dən çox fələstinli həyatını itirib, 120 000-dən çox insan isə yaralanıb.

2025-ci ilin oktyabrında elan edilən rəsmi atəşkəs razılaşmasına baxmayaraq İsrail tərəfi humanitar yardımın Qəzzaya girişini məhdudlaşdırmağa davam edir. Atəşkəs dövründə törədilən hücumlar nəticəsində indiyədək əksəriyyəti qadın və uşaq olmaqla daha 936 fələstinli həlak olub, 2903 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Araşdırma
Husilərin Ədən şəhərində Əl-Maşiq Prezident Sarayına hücumu nəticəsində 5 nəfər həlak olub
Yəmən hökumət qüvvələri husilər arasında 200-dən çox itki qeydə alındığını bildirib
Suriyanın Həma şəhərində təşkil edilən silahlı hücumda 4 təhlükəsizlik əməkdaşı həlak olub
İran Hörmüz boğazı ilə bağlı Omanla lazımi razılığa gəldiklərini bildirib
Paşinyan: "Azərbaycanla sülh dövlətçiliyimizin uzunömürlülüyünün əsasını təşkil edəcək"
İraqın şimalındakı Metina bölgəsində terror təşkilatı PKK/KCK 4 yaşayış məntəqəsini tərk edib
Nigeriyada tacir karvanına hücum zamanı 27 nəfər həlak olub
Andriy Sıbiha: "Zelenski Prezident Ərdoğanın vasitəçiliyi ilə Putinlə görüşə bilər"
Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum edilib, ölənlər var
Şimali Koreya Yapon dənizi istiqamətində çox sayda ballistik raket buraxıb
İraq qüvvələri DEAŞ-ın mövqelərinə hava zərbələri endirib
Braziliyada minlərlə insan Prezident Lula da Silvaya dəstək mitinqində bir araya gəlib
HƏMAS Qəzzadakı xəstəxanada hərbi fəaliyyətin olması ilə bağlı İsrailin iddialarını rədd edib
Polşa Baş naziri Donald Tuska qarşı sui-qəsd planlaşdıran şəxs saxlanılıb
ABŞ-də Trampın siyasətini təbliğ edən reklamlar qadağan olunub
Yəmən ordusunun məlumatına görə husilərin 900-dən çox üzvü zərərsizləşdirilib
Cibuti sahillərində baş verən gəmi qəzasında 139 nəfər həlak olub, 84 nəfər itkin düşüb
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı husilərin hücumlarını birgə bəyanatla pisləyiblər
Ər-Riyaddakı hava limanına təşkil edilən hücumda 12 nəfər həlak olub, 309 nəfər yaralanıb
ABŞ vətəndaşlarının Fələstində qətlə yetirilməsi İsrail tərəfindən örtbas edildiyi iddia olunur