Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Qərbi Avropanın böyük bir hissəsini cənginə alan isti hava tempereturunun iqlim böhranının getdikcə ağırlaşan təsirlərinin kəskin göstəricisi olduğunu bəyan edib.
O, insanların həyatını, müəssisələri və iqtisadiyyatları həddindən artıq istilərdən, eləcə də iqlim dəyişikliyinin sürətlə artan xərclərindən qorumağın hər bir ölkə üçün əsas prioritetə çevrilməli olduğunu vurğulayıb.
S.Stil vurğulayıb ki, bu problemin əsas həlli qalıq yanacaqlardan asılılığa son qoymaqdır. BMT rəsmisi bildirib ki, Yaxın Şərqdə yaşanan müharibə həm bu asılılığın iqtisadi zərərlərini, həm də təmiz enerji mənbələrinə keçid ehtiyacını yenidən gündəmə gətirib.
Həddindən artıq istilər regionda insan tələfatı ilə nəticələnən hadisələrə də səbəb olub. Fransada anomal istilər səbəbindən ən azı yeddi nəfər həyatını itirib.
İngiltərədə isə rəsmi qurumlar dörd gəncin dünyasını dəyişdiyini açıqlayıblar.






