DÜNYA
1 dəqiqə oxuma
Almaniya Rusiyanın dondurulmuş aktivlərinin daha səmərəli istifadəsi məsələsini müzakirə edir
Bu barədə Almaniyanın maliyyə naziri Lars Klinqbayl məlumat verib
Almaniya Rusiyanın dondurulmuş aktivlərinin daha səmərəli istifadəsi məsələsini müzakirə edir
/ Reuters

Almaniyanın maliyyə naziri Lars Klinqbayl Rusiyanın dondurulmuş aktivlərindən istifadəyə dair təkliflər üzərində konstruktiv işləmək niyyətində olduqlarını bildirib. O, rəsmi Berlinin bu hüquqi cəhətdən həssas məsələni müzakirə etməyə açıq olduğunu vurğulayıb.

Nazir həmkarları ilə görüşdən əvvəl verdiyi açıqlamada deyib:
"Hər şey diqqətlə araşdırılmalıdır. Almaniya maneə yaradan yox, şərait yaradan bir rol oynayacaq’’.

Rusiyanın dondurulmuş aktivlərindən birbaşa istifadə məsələsi Aİ daxilində bəzi ölkələr üçün "qırmızı xətt" sayılır. ABŞ prezidenti Donald Tramp dövründə Vaşinqtonun Kiyevə dəstəyinin qeyri-müəyyən olması səbəbindən, bu aktivlərdən Ukraynaya yardım üçün daha səmərəli istifadə yollarının tapılması aktuallaşıb.

Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı hücumundan sonra ilk dəfə dondurulmuş aktivlərdən əldə olunan faiz gəlirlərindən istifadə imkanını müzakirə edib. Almaniya isə hüquqi narahatlıqlar səbəbindən bu aktivlərin tam müsadirəsinə dair təkliflərə ehtiyatla yanaşıb.

Lars Klinqbayl bildirib ki, koalisiya hökuməti hüquqi çətinliklərə baxmayaraq dondurulmuş aktivlərin daha səmərəli istifadəsinə nail olmaqda qərarlıdır.

Araşdırma
Meksikada həbsxanada iğtişaş nəticəsində 10 nəfər ölüb
NATO-nun "Steadfast Noon" təlimi oktyabrın 13-də başlayacaq
"İsaias" qasırğası ABŞ-nin şərq sahillərinə yaxınlaşır
ABŞ-də sinif yoldaşını qətlə yetirən qadının edamı uğursuzluqla nəticələnib
Ukrayna BM Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb
Volker Türk Rusiya və Ukrayna arasındakı hücumlardan narahatlığını ifadə edib
Rusiya və Ukraynanın qarşılıqlı hücumlarında ən azı 56 nəfər həyatını itirib
İranla müharibədə 81 ABŞ hərbi təyyarəsi ya itkin düşüb, ya da birdəfəlik zədələnib
ÜST: Qəzzada tam fəaliyyət göstərən heç bir xəstəxana qalmayıb
Fransada yuxarı sinif şagirdlərinin etirazları davam edir
Quterreşin Pakistan liderləri ilə görüşündə Kəşmir, regional sülh və su mübahisəsi müzakirə olunub
İsrailin hücumları nəticəsində 20 mindən çox tələbə və şagird həlak olub
Rusiyanın Ukraynaya hücumları nəticəsində 11 nəfər həlak olub
Dünya üç ildir tarixin ən böyük qətliamına şahidlik edir
Misir Prezidenti Sisi  Li Çje Myon ilə görüşlər keçirmək üçün Cənubi Koreyaya səfər edib
Husilər Səudiyyə Ərəbistanına raket zərbələri endirib
ÜST Rusiyanı pnevmonik taun ilə əlaqəli ölüm hadisəsi barədə şəffaf olmağa çağırıb
ABŞ Konqresinin üzvü: "Məkkə Birgə Müdafiə Sazişi Yaxın Şərqin NATO-su olmaq potensialına malikdir"
Nepalda baş verən daşqın fəlakətində itkin düşmüş 5.200-dən çox insan hələ də tapılmayıb
Hudeydədə husilərə aid mühüm mövqelərə zərbələr endirilib