TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə İstiqlal Marşının qəbul edilməsinin 105-ci ildönümünü qeyd edir
Türkiyə Cümhuriyyətinin müstəqillik simvolu olan İstiqlal himninin qəbul edilməsindən 105 il ötür
Türkiyə İstiqlal Marşının qəbul edilməsinin 105-ci ildönümünü qeyd edir
Türkiyə bayrağı / AA
2 saat əvvəl

Türkiyə Cümhuriyyətinin müstəqillik simvolu olan İstiqlal himninin qəbul edilməsindən 105 il ötür. Mehmet Akif Ərsoyun qəhrəman türk ordusuna ithaf etdiyi bu möhtəşəm əsər bir əsrdən çoxdur ki, millətin azadlıq iradəsinin rəmzi olaraq səslənir.

Türkiyə Böyük Millət Məclisi 1921-ci ildə milli ruhu əks etdirən dövlət himni üçün müsabiqə elan etmişdi. O dövrün təhsil naziri Rza Nurun təşkilatçılığı ilə keçirilən müsabiqədə həm mətn, həm də bəstə üçün 500 lirə mükafat təyin olunmuşdu. Müsabiqəyə ölkə daxilindən 724 şeir təqdim olunsa da, komissiya onlardan yalnız 6-nı finala layiq görmüşdü.

Dövrün tanınmış şairi və Burdur millət vəkili Mehmet Akif Ersoy əvvəlcə müsabiqədə qoyulan pul mükafatına görə iştirak etmək istəməsə də, Həmdullah Sufinin təkidindən sonra fikrini dəyişmişdi.

Şairin Tacəddin Dərgahında qələmə aldığı və türk ordusuna həsr etdiyi şeir 12 mart 1921-ci ildə Türkiyə Böyük Millət Məclisinin iclasında böyük coşqu və alqışlarla dövlət himni kimi təsdiqlənib. Məclis kürsüsündə himni ilk dəfə Həmdullah Sufi Tanrıövər səsləndirib.

Milli şair Mehmet Akif Ərsoy isə qazandığı 500 lirəlik mükafatı ehtiyacı olan qadınlara və uşaqlara peşə öyrədən Darül Mesai vəqfinə bağışladı.