TÜRKİYƏ
2 dəqiqə oxuma
TİKA Kərkükdəki Altunkörpü Şəhidliyində bərpa işlərinə başlayıb
Bu şəhidlik, altunkörpülülər və bütün türkmənlər üçün son dərəcə əhəmiyyət kəsb edir
TİKA Kərkükdəki Altunkörpü Şəhidliyində bərpa işlərinə başlayıb
TİKA Kərkükdəki Altunkörpü Şəhidliyində bərpa işlərinə başlayıb

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) İraqın Kərkük şəhərinə bağlı Altunkörpü qəsəbəsində yerləşən Altunkörpü Şəhidliyində bərpa işlərinə başlayıb.

Bu barədə İraq Türkmən Cəbhəsinin (İTK) Altunkörpü üzrə rəhbəri Zəki İbrahim Şeyx "Anadolu" agentliyinə açıqlama verib. O, qəsəbənin mərkəzində yerləşən Altunkörpü Şəhidliyi və abidəsində başladılan bərpa işlərinə görə TİKA-ya təşəkkürünü bildirib.

Abidənin Səddam Hüseyn rejiminin devrilməsindən sonra 2003-cü ildə ucaldıldığını qeyd edən Z.İ.Şeyx o vaxtdan bəri burada heç bir bərpa işinin aparılmadığını deyib.

Şəhidliyin türkmənlər üçün böyük mənəvi əhəmiyyət kəsb etdiyinə diqqət çəkən Z.İ.Şeyx deyib: "Şəhidlik hər keçən gün daha da aşınırdı. Sağ olsun TİKA bərpa işlərinə başladı. Altunkörpülülər və bütün türkmənlər üçün bu şəhidlik son dərəcə əhəmiyyət kəsb edir."

Bərpa işləri çərçivəsində şəhidliyin ətrafında abadlıq işlərinin aparıldığını bildirən Z.İ.Şeyx ərazidə oturacaqların qoyulduğunu qeyd edib. O, həmçinin şəhidlərin adlarının həkk olunduğu mərmər lövhənin abidənin mərkəzinə yerləşdirildiyini deyib. Z.İ.Şeyx bu layihəyə dəstək verən İraq Türkmən Cəbhəsinə də minnətdarlığını bildirib.

 

Altunkörpü qətliamı

İraqın devrilmiş rəhbəri Səddam Hüseynə bağlı hərbçilər 1991-ci il martın 28-də Kərkükdən 44 kilometr şimalda yerləşən Altunkörpü qəsəbəsində qətliam törətmişdilər. Həmin vaxt aralarında uşaq və qocaların da olduğu 100-dən çox türkmən qətlə yetirilmişdi.

Türkmənlər hər il martın 28-də Altunkörpü qəsəbəsindəki şəhidlikdə anım mərasimləri keçirir. Onlar bu tədbirlərdə qətliamda həyatını itirənlərin xatirəsini ehtiramla yad edirlər.

MƏNBƏ:TRT
Araşdırma
Milli Müdafiə Nazirliyi: Suriyaya dəstəyimiz davam edəcək
Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb
R.T.Ərdoğan Yunanıstanı adaları silahlandırmaqdan imtina etməyə çağırıb
Akın Gürlek yunanıstanlı həmkarı Yorqos Floridislə görüşüb
Prezident Ərdoğan Putinlə görüşüb
İstanbul sahillərində iki ticarət gəmisi toqquşub, 10 heyət üzvü itkin düşüb
Türkiyənin müdafiə sənayesi dünya nəhəngləri ilə yarışır
Nazirlər H.Fidan və Y.Gülər Pakistanın XİN rəhbəri İ.Dar ilə birlikdə Bişkekə yola düşüblər
“Məkkə Müdafiə Sazişi”nin ilk komitə iclası İstanbulda başladı
Türkiyə Silahlı Qüvvələri və Suriya ordusu əməkdaşlığı ilə Fərat çayı üzərində üzən körpü salınıb
Prezident R.T.Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edəcək
Türkiyə ŞKTC-də batmış gəmidə həyatını itirənlər üçün başsağlığı verib
Türkiyə Daxili İşlər Nazirliyindən Girnə sahillərində batan gəmi ilə bağlı bəyanat
B.Duran 30 Avqust Zəfər Bayramı münasibəti ilə təbrik mesajı paylaşıb
Prezident R.T.Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə Türkiyə xalqını təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin R.T.Ərdoğan haqqındakı bəyanatına kəskin reaksiya verib
Ukraynanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Prezident R.T.Ərdoğan "Mövludi Nəbi Həftəsi" münasibətilə təşkil olunan tədbirdə çıxış edib
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ö.Keçelidən Yunanıstan bəyanatı
Türkiyə meşə yanğınlarında insan itkisi ilə bağlı Əlcəzairə başsağlığı verib