DÜNYA
1 dəqiqə oxuma
Terror təşkilatı PKK-nın Sincardakı qolu tərkisilah olaraq İraq ordusuna inteqrasiya olunacaq
Sözçü həmçinin İraq Konstitusiyasının Silahlı Qüvvələrdən kənar hərbi qruplaşmaların yaradılmasını qadağan etdiyinə diqqət çəkib
Terror təşkilatı PKK-nın Sincardakı qolu tərkisilah olaraq İraq ordusuna inteqrasiya olunacaq
(ARXİV) İraqın Baş naziri Əli əz-Zeydi

İraq Baş naziri Əli əz-Zeydinin nəzarəti ilə terror təşkilatı PKK-nın Sincardakı qolu olan "YBŞ" adlı qruplaşma tərkisilah olacaq. Qruplaşmanın İraq ordusuna inteqrasiya ediləcəyi bildirilib.

Bu barədə İraq Baş nazirinin sözçüsü Sabah ən-Numan İraqın rəsmi İNA xəbər agentliyinə açıqlama verib. O, sözügedən qruplaşma ilə İraq təhlükəsizlik qüvvələri arasındakı hərbi əlaqənin yenidən tənzimlənməsi tədbirlərinin bu gün həyata keçiriləcəyini qeyd edib.

Atılan adım çərçivəsində Sincar dağındakı təhlükəsizlik məsuliyyətinin federal hökumətin səlahiyyətli orqanlarına təhvil veriləcəyini bildirən S.Numan bu prosesin İraq hökumətinin silahların dövlət nəzarətində toplanması proqramı və siyasəti daxilində həyata keçirildiyini vurğulayıb.

S.Numan bu addımın Sincar rayonunda təhlükəsizlik baxımından yeni bir dövrün başlanğıcı olacağını deyib.

Sözçü həmçinin İraq Konstitusiyasının Silahlı Qüvvələrdən kənar hərbi qruplaşmaların yaradılmasını qadağan etdiyinə diqqət çəkib.

MƏNBƏ:TRT