DÜNYA
1 dəqiqə oxuma
ABŞ-də məktəbdə atışma baş verib, ölənlər var
16 yaşlı şübhəli vurularaq öldürülüb
ABŞ-də məktəbdə atışma baş verib, ölənlər var
ABŞ-nin Oreqon ştatında bir ibtidai məktəbə edilən silahlı hücumda 3 şagird və 1 müəllim həyatını itirib.

ABŞ-nin Oreqon ştatında ibtidai məktəbə təşkil edilən silahlı hücumda 3 şagird və 1 müəllim həyatını itirib.

Yerli polis rəsmiləri Oreqon ştatının Bend şəhərində ibtidai məktəbə edilən silahlı hücumda 3 şagird və 1 müəllimin dünyasını dəyişdiyini bildiriblər.

Hücumda ağır yaralanan 1 şagird və 1 müəllimin də xəstəxanaya çatdırıldığını qeyd edən rəsmilər 16 yaşlı şübhəlinin hadisə yerində özünü izləyən şəxs tərəfindən vurulması nəticəsində öldüyünü bildiriblər.