DÜNYA
2 dəqiqə oxuma
Rumıniya hava məkanına daxil olan PUA zərərsizləşdirilib
NATO üzvü olan Rumıniya dövləti Ukrayna istiqamətindən gələn PUA-nın hava məkanına daxil olmasından sonra F-16 qırıcılarını havaya qaldırıb
Rumıniya hava məkanına daxil olan PUA zərərsizləşdirilib
Rumıniya hava məkanına daxil olan PUA zərərsizləşdirilib

Rumıniya dövləti iyulun 25-də (bu gün) Ukrayna istiqamətindən gələrək hava məkanını pozan pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirdiyini bildirib. Bu, iki gün ərzində ölkədə baş verən ikinci oxşar hadisədir.

Rumıniya prezidenti Nikuşor Dan PUA-nın yerli vaxtla saat 08:30-da Dunay deltasındakı Sfıntu Qyorqye yaşayış məntəqəsinin təxminən 10 kilometr qərbində zərərsizləşdirildiyini açıqlayıb.

Rumıniya Müdafiə Nazirliyi uçuş aparatının bir neçə dəqiqə əvvəl radarlar tərəfindən aşkarlandığını bildirib. Bundan dərhal sonra iki ədəd F-16 tipli qırıcı təyyarə havaya qaldırılıb.

Ölkə rəsmiləri PUA-nın mənşəyini hələlik açıqlamayıblar. Lakin Rumıniya prokurorluğundan əldə olunan məlumata görə, iyulun 24-də zərərsizləşdirilən PUA Rusiyaya məxsus olub.

 

Sərhəd xəttində gərginlik artır

Ukrayna ilə 650 kilometrlik sərhədə malik olan Rumıniya dövləti Rusiyanın 2022-ci ildə başladığı genişmiqyaslı işğaldan sonra təxminən 30 dəfə PUA-ların öz hava məkanına daxil olduğunu açıqlayıb. Hadisələr Rusiyanın Dunay çayı sahilindəki Ukrayna limanlarını hədəf almağa başlamasından sonra intensivləşib.

Xüsusilə Rusiyanın strateji Odessa limanı ətrafı da daxil olmaqla, Ukraynanın cənubuna yönəlik hücumlarını artırması ilə bu cür hadisələrin daha tez-tez baş verdiyi qeyd edilib.

Rumıniya Baş Qərargah rəisi, general Qyorqitsa Vlad iyulun 24-də verdiyi açıqlamada taxıl yığımından əvvəl Rusiya hücumlarının intensivləşdiyini bildirib. O, həmçinin Qara dənizdəki kritik enerji və ticarət marşrutları üzərində təzyiqin artdığını vurğulayıb.

 

Təhlükəsizlik narahatlıqları böyüyür

Bildirilir ki, aylar əvvəl də Rusiyaya məxsus bir PUA Rumıniyanın Qalats şəhərindəki yaşayış binasına düşərək iki nəfəri yaralamışdı. Bu, Ukrayna müharibəsi zamanı bir NATO ölkəsinin əhalinin sıx məskunlaşdığı bölgəsinə dəyən ilk zərbə olmuşdu.

Hava məkanının təkrarən pozulması müharibənin NATO ərazilərinə getdikcə yaxınlaşması səbəbindən alyansın cənub-şərq cinahındakı təhlükəsizlik narahatlıqlarını daha da artırıb.

MƏNBƏ:TRT Azerbaycan
Araşdırma
Şahbaz Şərif Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə bir sıra görüşlər keçirəcək
Tailandda məktəbə hücum zamanı ən azı 7 nəfər həlak olub
Livanın cənubundakı partlayışda iki İsrail əsgəri həlak olub
ABŞ-nin nüvə hücumunun 81-ci ildönümündə Hiroşimada nüvə əleyhinə çağırışlar təkrarlandı
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilində evləri yandırdı: 6 nəfər yaralandı
Rusiya ordusu paytaxt Kiyevi hava zərbələri ilə hədəf aldı: 14 nəfər öldü, 27 adam yaralandı
Misirdə 5,3 bal gücündə şiddətli zəlzələ baş verib
Donald Tramp İrana qarşı planlaşdırılan hücumu ləğv etdi
HƏMAS Qəzzada atəşkəsin ikinci mərhələsi üzrə razılaşmanı qəbul etdi
Rusiya və Ukrayna növbəti dəfə bir-birini hücum törətməkdə ittiham etdi
Yaponiyadakı zəlzələdə həlak olanların sayı 30-a çatdı
Ukrayna növbəti dəfə Rusiyaya hücum etdi: ölən və yaralananlar var
Pakistanın şimal-qərbindəki polis postuna hücum zamanı 15 nəfər həlak olub
ABŞ Yaxın Şərqdə gərginliyin artması fonunda İrandakı hərbi hədəflərə yeni zərbələr endirib
İsrail Qəzzada atəşkəsi pozaraq dörd fələstinlini öldürüb
Husilər Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus tankerləri vurublar
İran: Nüvə obyektlərimizə hücum edilərsə, regional zərbələr endirəcəyik
Tramp Səudiyyə Ərəbistanı ilə tarixi nüvə müqaviləsini təsdiqləyib
Kral III Çarlz Türkiyənin dəstəyi ilə tikilən Kembric məscidini ziyarət edib
İsrail qüvvələrinin geri çəkilməsindən sonra Livan ordusu cənubda növbəti "pilot bölgə"yə daxil olub