Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
TÖVSİYƏ EDİLƏN
Rəsmi ‘‘NSosyal’’ səhifəsində paylaşım edən dövlət başçısı deyib:"Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü ölkəm və millətimin adından səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Prezidenti qardaşım İlham Əliyevə, kədər və sevincdə hər zaman bir olduğumuz Azərbaycan türkü qardaşlarıma salamlarımı çatdırıram".

























