SİYASƏT
1 dəqiqə oxuma
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir"
Pezeşkian deyib: "Biz müharibə ilə heç nə qazana bilməyən ABŞ-nin iqtisadi təzyiqlərinə baş əyməyəcəyik"
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir"
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir".

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İran məsələlərin həllinə yanaşmasını əməkdaşlıq və danışıqlara əsaslandırır, iqtisadi təzyiqlərə qarşı isə qəti mövqe tutacaq.

Rəsmi İran xəbər agentliyi IRNA-nın məlumatına görə, Mərkəzi Bankda iqtisadçılarla görüşən Pezeşkian ABŞ ilə məsələnin diplomatik həllinin perspektivlərini və həmin ölkənin tətbiq etdiyi iqtisadi təzyiqləri qiymətləndirib.

İqtisadi təzyiqlər qarşısında geri çəkilməyəcəklərini vurğulayan Pezeşkian hökumətin iqtisadi qurumlarının nəzərdə tutduğu tədbirlərin həyata keçiriləcəyini bildirib.

Pezəşkian deyib: "Bizim əsas prinsipimiz məsələləri dialoq və danışıqlar yolu ilə anlamaq və həll etməkdir; lakin eyni zamanda, indiyədək etdiyimiz kimi və gələcəkdə də edəcəyimiz kimi, iqtisadi təzyiqlərə qarşı qəti mövqe tutacağıq".

İran prezidenti bildirib ki, ABŞ 28 fevralda başladığı müharibədə heç nə qazana bilməyib, İran da bunun qarşısında iqtisadi təzyiqlərə baş əyməyəcək.

Araşdırma
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"
Donald Tramp İranla bağlı paylaşım edib
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
Təzyiqlərə baxmayaraq, Netanyahu qanunsuz məskunlaşmanı genişləndirəcək
Netanyahu İranla diplomatik razılaşma əldə etməyin mümkün olmadığını iddia edib
Tramp administrasiyası miqrant viza müraciətlərini dayandırıb
Ermənistan parlamenti Bakı və Ankara ilə normallaşmanı nəzərdə tutan 5 illik proqramı təsdiqlədi
Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsinə etiraz edir
Səudiyyə Ərəbistanı və Fransa Fələstin dövlətinin qurulmasını dəstəklədiklərini bildirdi
N.Paşinyan Ermənistan dəmir yollarının idarəsini Rusiyanın əlindən almaq istəyir
Prezident V.Zelenski müharibə şəraitində seçkilərin keçirilməsinə etiraz edir
Fələstində parlament və prezident seçkiləri keçiriləcək
İsrail ordu rəsmiləri B.Netanyahunun davam edən müharibələrin başa çatmasını istəmədiyini bildirib
Suriya XİN rəhbəri Ə.H.Şeybani Türkiyəni Suriyanın yenidən qurulmasında əsas tərəfdaş adlandırıb
İran Baş Qərargah rəisi: "Düşmənin təhdidlərinə sərt cavab verəcəyik''
Ermənistanın yeni 5 illik proqramına Bakı və Ankara ilə normallaşma daxil edilib
Məsud Pezeşkian: "Müharibə tərəfdarı deyilik"
İran ordusu Körfez ölkələrinə xəbərdarlıq edib