Polşanın baş naziri Donald Tusk oktyabrın 21-də ölkənin müxtəlif bölgələrində təxribat xarakterli hücumları hazırlamaqda şübhəli bilinən 8 nəfərin təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığını açıqlayıb
Rəsmilərin məlumatına görə, Polşa uzun müddətdir Rusiyanın “hibrid müharibə” taktikası çərçivəsində yandırma və kiberhücum kimi aktların hədəfində olan ölkələrdən biridir. Rusiya isə bu ittihamları rədd edir. Donald Tusk rəsmi “X” sosial şəbəkəsində yazıb:
"ABW (Daxili Təhlükəsizlik Agentliyi) digər qurumlarla birlikdə ölkənin müxtəlif bölgələrində təxribat xarakterli hücumları hazırlamaqda şübhəli bilinən səkkiz şəxsi saxlayıb’’.
O, əməliyyatların davam etdiyini bildirib, lakin əlavə məlumat verməyib.
Xüsusi xidmətlər naziri Tomaş Siemonyak isə paylaşımında bu ifadələrə yer verib:
"Hazırda işimizə hərbi obyektlərə və kritik infrastruktura qarşı kəşfiyyat əməliyyatları, vasitələrin təxribat hücumlarına hazırlanması və hücumların birbaşa icrası imkanlarının araşdırılması daxildir’’.













