DÜNYA
1 dəqiqə oxuma
Skot Bessent ''Tik-Tok''la bağlı razılaşmanın Tramp–Si görüşündə yekunlaşdırılacağını açıqladı
Bu barədə Skot Bessent “Face the Nation” verilişində Marqaret Brenana verdiyi müsahibədə bildirib
Skot Bessent ''Tik-Tok''la bağlı razılaşmanın Tramp–Si görüşündə yekunlaşdırılacağını açıqladı
Skot Bessent ''Tik-Tok''la bağlı razılaşmanın Tramp–Si görüşündə yekunlaşdırılacağını açıqladı / Reuters
27 oktyabr 2025

ABŞ Maliyyə Naziri Skot Bessent bildirib ki, “Tik-Tok” ilə bağlı razılaşmanın bu həftə ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçiriləcək görüşdə yekunlaşdırılması gözlənilir.

Bu barədə Skot Bessent “Face the Nation” verilişində Marqaret Brenana verdiyi müsahibədə bildirib.

Skot Bessent deyib:“Tik-Tok ilə bağlı yekun razılığa gəldik. İnanıram ki, bütün detallar bu gün dəqiqləşdirilib. İki lider cümə axşamı Cənubi Koreyada bu razılaşmanı yekunlaşdıracaqlar.”

Nazir həmçinin bildirib ki, o, kommersiya danışıqlarında birbaşa iştirak etməyib, lakin müqavilənin bütün detallarının artıq razılaşdırıldığını vurğulayıb.
“Mənim rolum çinliləri bu əməliyyatı təsdiqləməyə inandırmaq idi və inanıram ki, son iki gündə bunu uğurla həyata keçirdik,” — deyə Skot Bessent qeyd edib.

ABŞ və Çin nümayəndə heyətləri Trampın Asiya turu çərçivəsində Malayziyada görüş keçiriblər.
Donald Tramp Asiya–Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində oktyabrın 30-da Cənubi Koreyada Çin Prezidenti Si Cinpin ilə görüşəcək.

Ötən ay Tramp “TikTok”un ABŞ-da Amerikalı investorların iştirakı ilə yeni bir korporativ struktur çərçivəsində fəaliyyət göstərməsinə icazə verən sərəncam imzalayıb. Lakin razılaşmanın dəqiq təfərrüatları hələ açıqlanmayıb.