TÜRK DÜNYASI
1 dəqiqə oxuma
13-cü Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü Ankarada başlayıb
Qonaq dövlət başçıları Beştəpə Milli Sərgi Salonunda Prezident Ərdoğan tərəfindən qarşılanıb
13-cü Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü Ankarada başlayıb
13-cü Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü Ankarada başlayıb

Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi etdiyi "Türk Əsri: Dildə, Düşüncədə və Fəaliyyətdə Birlik" mövzusunda keçirilən zirvə görüşünün əvvəlində liderlər ailə şəkli çəkdirmək üçün bir araya gəliblər.

Qonaq dövlət başçıları Beştəpə Milli Sərgi Salonunda Prezident Ərdoğan tərəfindən qarşılanıb.

Burada çəkilmiş ailə şəklində Prezident Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadir Japarov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, müşahidəçi ölkələr Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti Prezidenti Tufan Erhürman və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev iştirak ediiblər. Beştəpə Milli Sərgi Salonuna daxil olduqdan sonra qonaq dövlət başçılarını 16 tarixi türk dövlətini təmsil edən bayraqlar və əsgərlər, eləcə də yeniçəri geyimli əsgərlər qarşılayıblar.