TÜRKİYƏ
3 dəqiqə oxuma
Əminə Ərdoğan Nyu-Yorkda təşkil edilən sərgidə çıxış etdi
Əminə Ərdoğan Nyu-Yorkda tәşkil edilәn Sıfır Tullantı Mavi – Damla Damla sərgisinin açılışında çıxış edib
Əminə Ərdoğan Nyu-Yorkda təşkil edilən sərgidə çıxış etdi
Əminə Ərdoğan: “Suyun soyqırım vasitəsi kimi istifadə olunduğu qaranlıq dövrdəyik'' / AA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı və BMT-nin "Sıfır tullantı" üzrə Yüksək Səviyyəli Şəxslər Məsləhət Şurasının sədri Əminə Ərdoğan Qəzzanı ən ağır humanitar fəlakət nümunəsi kimi göstərərək dünyanın hazırda suyun “soyqırım vasitəsi”nə çevrildiyi qaranlıq bir dövr yaşadığını bildirib.

Nyu-Yorkda tәşkil edilәn Sıfır Tullantı Mavi – Damla Damla sərgisinin açılışında çıxış edən Əminə Ərdoğan Türkiyənin ətraf mühit sahəsindəki səylərinin bütün bəşəriyyətə yönəldiyini vurğulayıb.

Ekoloji problemlərin həlli üçün addımlar atdıqlarını bildirən Əminə Ərdoğan deyib ki, Qəzzada hazırda "dünyanın ən bahalı suyu" var, çünki bir stəkan su insan həyatı ilə ödənilir.

“Təəssüf ki, suyun ‘‘soyqırım vasitəsi’’nə çevrildiyi çox qaranlıq bir dövrdəyik. İsrail 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında su infrastrukturunu hədəf alıb. Su kəmərləri, təmizləyici qurğular, quyular və infrastrukturun 85%-i istifadəyə yararsız vəziyyətə düşüb. İnsanlar susuzluq səbəbindən içməyə yararsız su içmək məcburiyyətində qalırlar,” – deyə Əminə Ərdoğan qeyd edib.

Sərginin məqsədi Türkiyənin dənizləri, gölləri və okeanları qorumağa yönəlmiş təşəbbüslərini qlobal platformada tanıtmaq, əldə olunan konkret ekoloji nailiyyətləri təbliğ etmək və ekoloji diplomatiyanın gücləndirilməsi üçün beynəlxalq əməkdaşlığı təşviq etməkdir.

Əminə Ərdoğan bu kontekstdə təcili çirklənmə təhlükəsinə diqqət çəkərək deyib:
“Kim təsəvvür edə bilərdi ki, tarix boyu sivilizasiyalar quran, elmi kəşflər edən, qeyri-adi sənət əsərləri yaradan bəşəriyyət bir gün Yer üzündə yeni bir zibil qitəsi yaradacaq və planetimizin mavi gözəlliyini tanınmaz hala gətirəcək? Təəssüf ki, Sakit Okeanda plastik butulkalar, polietilen torbalar, siqaret kötükləri və balıq torlarından ibarət, sahəsi 1,6 milyon kvadrat kilometrə çatan üzən bir “zibil qitəsi” mövcuddur. Bu, Türkiyənin ərazisindən iki dəfə böyük sahənin tullantılarla dolması deməkdir’’.

Qlobal plastik çirklənmə məsələsinə toxunan Ə.Ərdoğan qeyd edib ki, hər il dünyada 57 milyon ton plastik tullantı yaranır. Onun təxminən 23 milyon tonu gölləri, çayları və dənizləri çirkləndirir.

O, plastikin "qarşısıalınmaz səyahətinə" diqqət çəkərək deyib ki, son araşdırmalar nəticəsində mikroplastiklərin hətta körpələrin plasentalarında da aşkarlandığı məlum olub.

Ətraf mühitin qorunmasını əxlaqi öhdəlik hesab edən Əminə Ərdoğan deyib:
"Hər bir qədim sivilizasiyanın ortaq xüsusiyyəti təbiətlə hörmətə əsaslanan münasibət qurmasıdır. Əgər bu gün artıq danılmaz qlobal problemə çevrilmiş iqlim dəyişikliyi ilə mübarizə aparmaq istəyiriksə bu anlayışı yenidən canlandırmalıyıq’’.

Ə.Ərdoğan Türkiyənin tarix boyu bəşəriyyətin problemlərinə həll yolları axtardığını vurğulayaraq 2017-ci ildə “Yer kürəsi ortaq evimizdir” şüarı ilə başlanan “Sıfır Tullantı” layihəsini xatırladıb.

O, bu təşəbbüsün artıq qlobal hərəkata çevrildiyini bildirərək 2022-ci ildə BMT Baş Assambleyasında qəbul edilən “Sıfır tullantı” qətnaməsinə, həmçinin BMT-nin Baş katibi Antonio Quterreşin dəstəklədiyi Qlobal Sıfır Tullantı Xoşməramlı Bəyannaməsinə diqqət çəkib.

Ə.Ərdoğan qeyd edib ki, 2019-cu ildən bəri həyata keçirilən “Sıfır Mavi Tullantı” təşəbbüsü çərçivəsində Türkiyənin sahillərindən və dənizlərindən 285 min ton dəniz zibili – yəni 22 min yük maşını qədər tullantı toplanıb. Hazırda 551 Mavi Bayraqlı çimərliyi ilə Türkiyə sertifikatlı çimərliklərin sayına görə dünyada üçüncü yerdədir. 2023-cü il Su Səmərəliliyi Kampaniyası isə ölkənin bu sahəyə verdiyi önəmi bir daha nümayiş etdirir.

Ə.Ərdoğan çıxışının sonunda suyun və çörəyin silaha çevrilmədiyi, beynəlxalq hüququn qorunduğu və ümumbəşəri dəyərlərin hər kəs üçün keçərli olduğuədalətli bir dünya nizamı ilə bağlı çağırış edib.

O, iştirakçıları Qlobal Sıfır Tullantı Xoşməramlı Bəyannaməsini imzalamağa dəvət edib. Ə.Ərdoğanın çıxışından sonra Avstraliyanın İqlim Dəyişikliyi və Enerji naziri Kris Bouen sənədi imzalayıb.

Araşdırma
Prezident Ərdoğan TDT-nin Baş katibi Ömüralıyevi qəbul edib
7 ölkənin xarici işlər nazirləri İstanbulda görüş keçirəcəklər
İstanbul Hava Limanı "ən yaxşı bağlantı təmin edən hava limanı" mükafatına layiq görüldü
Kanada Baş naziri Mark Karni Türkiyəyə səfər edəcək
Rəcəb Tayyib Ərdoğan və Rumen Radev arasında telefon danışığı olub
Türkiyə və Azərbaycan prezidentləri ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər
Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında hərbi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
R.T. Ərdoğan Suriya kəşfiyyatını və MİT əməkdaşlarını təbrik edib
M.Çiftçi Brüsseldə keçirilən Türkiyə-Belçika nazirlərinin 4-cü toplantısı haqqında danışıb
"TRT World Forum-2026" noyabrın 6-7-də İstanbulda təşkil olunacaq
Hakan Fidan NATO baş katibi Mark Rutte ilə görüşüb
İstanbul Hava Limanı "dünyanın ən yaxşısı" seçilib
Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə sənayesi sazişi imzalayacaqlar
Xarici işlər naziri Hakan Fidan səudiyyəli həmkarı ilə görüşüb
Prezident Ərdoğan: "Ölkəmizi ətrafımızdakı münaqişələrdən uzaq saxladıq"
Türkiyə Dəyanət Vəqfi Kərkükdə ehtiyac sahibi yetimlərə geyim və məktəb ləvazimatı dəstəyi göstərib
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Türkiyə dövləti H.Fidan haqqındakı iddiaları təkzib etdi
Türkiyə Kanadadakı hərbi bazada baş verən partlayışla bağlı bu ölkəyə başsağlığı verdi
Rəcəb Tayyib Ərdoğan: "Bu gün enerji sahəsində yeni bir səhifə açırıq"