SİYASƏT
2 dəqiqə oxuma
Avropalı liderlər Rusiya ilə danışıqlarda Ukraynanın dəstəklənməsinin vacibliyini bildiriblər
Ukraynanın avropalı müttəfiqləri ABŞ prezidenti Donald Trampın sülh təşəbbüsünü dəstəkləyən birgə bəyanat yayıblar, lakin...
Avropalı liderlər Rusiya ilə danışıqlarda Ukraynanın dəstəklənməsinin vacibliyini bildiriblər
(FILE) Ukrainian and European flags fly, amid Russia's attack on Ukraine, in central Kiev, Ukraine, August 11, 2025. / Reuters

Ukraynanın avropalı müttəfiqləri ABŞ prezidenti Donald Trampın sülh təşəbbüsünü dəstəkləyən birgə bəyanat yayıblar, lakin hər hansı atəşkəs əldə edilməzdən əvvəl Kiyevin ən güclü mövqedə olmasının vacibliyini vurğulayıblar.

Avropalı liderlər və Ukrayna prezidenti Volodimir Zelenski birgə bəyanat yayaraq, ABŞ prezidenti Donald Trampın Ukraynada hərbi əməliyyatların dərhal dayandırılması çağırışını dəstəklədiklərini, lakin Kiyevin mümkün olan ən sərt mövqedən istənilən sülh danışıqlarına başlamasının vacibliyini qeyd ediblər.

Almaniya, Fransa, İtaliya, Polşa, Böyük Britaniya, Finlandiya, Danimarka, Norveç və Avropa İttifaqının yüksək rütbəli rəsmiləri tərəfindən imzalanmış bəyanat Trampın üç illik müharibəyə son qoymaq üçün sülh razılaşması əldə etmək cəhdinə Avropanın koordinasiyalı cavabını ifadə edir.

Bəyanatda deyilib: "Biz hamımız Ukrayna xalqının layiq olduğu ədalətli və davamlı sülhə nail olmaq istəyimizdə həmrəyik",Liderlər əlavə edib: “Biz prezident Trampın hərbi əməliyyatların dərhal dayandırılması və mövcud təmas xəttinin danışıqlar üçün başlanğıc nöqtəsi olması ilə bağlı mövqeyini qətiyyətlə dəstəkləyirik”.

Bununla belə, liderlər əsas şərti də vurğulayıblar: “Beynəlxalq sərhədlərin zorla dəyişdirilə bilməyəcəyi prinsipinə sadiq qalırıq”.

Ukrayna prezidenti Zelenski, Böyük Britaniyanın Baş naziri Key Starmer, Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Giorgia Meloni və digər liderlərin imzaladığı bəyanatda Rusiyanın qəsdən maneə törətmə taktikası tənqid edilib.

“Rusiyanın gecikdirmə taktikası dəfələrlə nümayiş etdirdi ki, Ukrayna sülhə ciddi yanaşan yeganə tərəfdir. Biz hamımız görürük ki, Putin zorakılığa və məhvə üstünlük verməkdə davam edir.

Rusiyaya iqtisadi təzyiqi artırmaq, eyni zamanda Ukraynanın özünü müdafiə etmək və effektiv danışıqlar aparmaq üçün hərbi resurslara malik olmasını təmin etmək.

Buna görə də razıyıq ki, Ukrayna istənilən atəşkəsdən əvvəl, atəşkəs zamanı və ondan sonra ən güclü mövqedə olmalıdır.Putin sülh bağlamağa hazır olana qədər biz Rusiya iqtisadiyyatına və müdafiə sənayesinə təzyiqi artırmalıyıq”, -deyə bəyanatda vurğulanıb.

Liderlər Ukraynaya dəstək üçün Rusiyanın dondurulmuş aktivlərinin tam dəyərindən istifadə etmək üçün tədbirlər hazırladıqlarını bildirərək əhəmiyyətli diplomatik addım atmaq niyyətlərini açıqlayıblar.

Qərb ölkələri müharibə başlayandan bəri Rusiya Mərkəzi Bankındakı yüz milyardlarla dollar ehtiyatlarını dondurub.

Avropa liderləri bu həftə iki əsas toplantıda Ukraynaya dəstək üçün siyasi, iqtisadi və hərbi yardımın əlaqələndirilməsinə diqqət yetirəcəklər: Aİ Şurasının Brüsseldə keçiriləcək iclası və ayın 24-də Londonda "Könüllüllər Koalisiya" toplantısı.

Araşdırma
İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində ABŞ-yə məxsus PUA-nı zərərsizləşdirib
Abbas Əraqçı Binyamin Netanyahunun İran əleyhinə bəyanatlarına reaksiya verib
Aİ Ukraynaya 2,86 milyard avro müdafiə dəstəyi ödənişi etdi
ABŞ Prezidenti D.Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirib
Prezident R.T.Ərdoğan Kosovanın yeni Prezidenti seçilən Şiroka Pulanı təbrik etdi
Axios: Tramp və Netanyahu İsrail və ABŞ-dəki seçkilərdən əvvəl İrana hücum ehtimalını müzakirə etdi
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"
Kanada Baş naziri M.Karni Türkiyəyə rəsmi səfər edəcək
İsrailin müdafiə naziri Katz ordunun Qəzzadakı hazırlıqlarını artırmağı tapşırıb
Məsud Pezeşkian:"ABŞ ilə danışıqların heç bir mənası yoxdur"
D. Peskov: "Ukrayna etdiklərinə görə cavab verəcək"