SİYASƏT
2 dəqiqə oxuma
İran ABŞ-ın səyahət qadağasını "irqçi düşüncə tərzi" adlandırdı
4 iyun 2025-ci il tarixli fərman 9 iyun saat 12:01-dən qüvvəyə minəcək
İran ABŞ-ın səyahət qadağasını "irqçi düşüncə tərzi" adlandırdı
Iran’s foreign ministry called the ban a sign of supremacist American mentality. / Reuters

  İran hökuməti ABŞ-ın iranlılara və o cümlədən, 11 Yaxın Şərq və Afrika ölkəsi vətəndaşına tətbiq etdiyi səyahət qadağasını pisləyərək Vaşinqtonun qərarını "irqçi düşüncə tərzinin göstəricisi” adlandırıb.

  İran Xarici İşlər Nazirliyinin Xaricdə Yaşayan İranlılarla İş Üzrə Komitəsinin Baş direktoru Əlirza Haşemi-Raca 9 iyun tarixindən qüvvəyə minəcək bu fərmanı "Amerika siyasətçiləri arasında üstünlükçü və irqçi düşüncə tərzinin hakimiyyətinin açıq göstəricisi" adlandıraraq deyib: “Bu, Amerika qərar qəbul edənlərinin İran və müsəlman xalqlarına qarşı dərin düşmənliyini göstərir. Bu siyasət yalnız milliyyət və dininə görə yüz milyonlarla adamı səyahət hüququndan məhrum etməklə beynəlxalq hüququn əsas prinsiplərini. Rəsmi qadağa ayrı-seçkilik xarakterlidir və ABŞ hökuməti üçün beynəlxalq məsuliyyət yaradacaq."

Trampın səyahət qadağası

  ABŞ prezidenti Donald Trampın verdiyi sərəncam onlarla dövlət vətəndaşının Birləşmiş Ştatlara girişinə yasaq qoyur və bir neçə ölkəyə əlavə məhdudiyyətlər tətbiq edir.

  4 iyun 2025-ci il tarixli fərman 9 iyun saat 12:01-dən qüvvəyə minəcək. Tam giriş qadağası tətbiq olunan ölkələr bunlardır: Əfqanıstan, Birma (Myanma), Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən. Bundan əlavə, sərəncam Burundi, Kuba, Laos, Sierra Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarına qarşı daha sərt məhdudiyyətlər tətbiq edir.

  Amerika Birləşmiş Ştatları İran xaricində ən çox iranlının olduğu yerdir. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, 2020-ci ildə ABŞ-da təxminən 1,5 milyon iranlı olub.

  Qeyd edək ki, İran və ABŞ diplomatik əlaqələri 1979-cu il İslam İnqilabından az sonra kəsilib və o vaxtdan bəri münasibətlər ciddi şəkildə gərgin olaraq qalır.

MƏNBƏ:trt global
Araşdırma
İran XİN rəhbəri Abbas Ərakçi:"Hazırda ABŞ ilə danışıqlar aparmırıq"
İran Hörmüz boğazının açılması üçün altı şərt irəli sürüb
M.Zaxarova: “NATO və Aİ beynəlxalq terrorizmin bir hissəsinə çevrilib”
İran Hörmüz boğazında sabitliyi bərpa etmək üçün regional əməkdaşlıq çağırışı edib
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilində iki məscidi yandırıblar
İran Xəzər dənizində ticarət gəmisinə edilən hücumda Ukraynanı günahlandırır
K.J.Tokayev V.Putinə Ukrayna müharibəsini "İstanbul Formulu 2.0" çərçivəsində dondurmağı təklif edib
BMT Baş katibi 17 ildən sonra Dəməşqə səfər edib
İran XİN rəhbəri A.Əraqçi rusiyalı və pakistanlı həmkarları ilə görüş keçirib
Türkiyə dövləti “Məscidi Əqsa”ya edilən basqınla bağlı bəyanat yayıb
İran prezidenti M.Pezeşkian ölkədəki iqtisadi problemlərlə bağlı danışıb
Endi Bernem Böyük Britaniyanın yeni Baş naziri oldu
Türkmənistan Prezidenti S.Berdiməhəmmədov Gürcüstana rəsmi səfər edib
"Tramp Netanyahunun Türkiyəyə F-35 satışı təklifini tənqid etməsinə qəzəbləndi"
D. Peskov:"Ukrayna böhranın sülh yolu ilə həll edilməsini istəmir"
Suriya ABŞ-nin ölkəni "terroru dəstəkləyən ölkələr" siyahısından çıxarmasını alqışlayıb
İran ABŞ-yə sərt xəbərdarlıq etdi
Donald Tramp: "İranın hər hücumuna adekvat cavab veriləcək''
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub