Türkiyə beynəlxalq arenada həm iqtisadi, həm də ekoloji əhəmiyyət kəsb edən iki mühüm müqaviləni ratifikasiya edib. Rəsmi Qəzetdə dərc edilən qərarlarla Honkonq ilə investisiyaların qorunması və BMT-nin dəniz biomüxtəlifliyi haqqında sazişləri rəsmən qüvvəyə minib.
Birinci sənəd Türkiyə hökuməti ilə Çinin Honkonq Xüsusi İnzibati Bölgəsi arasında imzalanan "İnvestisiyaların Qarşılıqlı Təşviqi və Qorunması haqqında Saziş"dir. 2023-cü ilin iyun və oktyabr aylarında imzalanan bu müqavilə investisiyaların təhlükəsizliyini təmin edir.
Bundan başqa, Türkiyə BMT-nin dəniz biomüxtəlifliyinin qorunmasına dair sazişini də təsdiqləyib. "Milli yurisdiksiyadan kənar ərazilərdə dəniz bioloji müxtəlifliyinin qorunması və davamlı istifadəsi haqqında Saziş" 27 sentyabr 2024-cü ildə Nyu-Yorkda imzalanıb və ekoloji tarazlığın qorunmasını hədəfləyir.
Hər iki sənəd dərc edildiyi andan qüvvəyə minib.











