DÜNYA
2 dəqiqə oxuma
İsrail Donald Trampın çağırışına baxmayaraq Qəzzaya ağır zərbələr endirməyə davam edir
Bu barədə Qəzzadakı hökumətin media ofisinin yaydığı məlumatda bildirilib
İsrail Donald Trampın çağırışına baxmayaraq Qəzzaya ağır zərbələr endirməyə davam edir
İsrail Donald Trampın çağırışına baxmayaraq Qəzzaya ağır zərbələr endirməyə davam edir
8 oktyabr 2025

İsrail ordusunun son 4 gün ərzində mühasirə altındakı Qəzzaya endirdiyi zərbələr nəticəsində 118 fələstinli həyatını itirib.

Bu barədə Qəzzadakı hökumətin media ofisinin yaydığı məlumatda bildirilib.

“İsrail qüvvələri prezident Donald Trampın atəşkəs çağırışına baxmayaraq Qəzza zolağındakı fələstinlilərə qarşı hücumlarını davam etdirir”, – məlumatda qeyd olunub.

Bəyanatda bildirilir ki, İsrail oktyabrın 4-dən 7-dək bölgəyə 230-dan çox hava zərbəsi endirib. Hücumlarda həlak olan 118 mülki şəxs arasında qadın və uşaqlar da var. Təkcə Qəzza şəhərində 72 nəfərin öldürüldüyü bildirilir.

Bəyanatda hücumlara görə tamamilə İsrailin məsuliyyət daşıdığı vurğulanıb və ABŞ administrasiyası ilə beynəlxalq ictimaiyyətə hücumların dayandırılması üçün ciddi, təsirli və təcili addımlar atması ilə bağlı çağırış edilib.

Donald Tramp Fələstinin müqavimət təşkilatı “Həmas”ın atəşkəs təklifinə müsbət cavab verməsindən sonra İsraili bombardmanları dərhal dayandırmağa çağırıb.

Rəsmi “Truth Social” platformasında paylaşım edən Donald Tramp atəşkəs danışıqlarının “müsbət” və “sürətlə irəlilədiyini” bildirib.

İsrail və “Həmas” Misir və Qətərin vasitəçiliyi ilə Şarm əl-Şeyxdə dolayı danışıqları bərpa edib.

Misirin xarici işlər naziri Bədr Abdulati çərşənbə axşamı bildirib ki, danışıqların məqsədi əsir mübadiləsi üçün əlverişli şərait yaratmaq və Qəzzaya humanitar yardımın məhdudiyyətsiz daxil olmasını təmin etməkdir.

İsrail indiyədək Qəzzada əksəriyyəti qadın və uşaq olmaqla 67 100-dən çox fələstinlini qətlə yetirib.

İsrail mühasirəyə alınmış ərazinin böyük hissəsini viran qoyub və demək olar ki, bütün əhalini köçkün vəziyyətinə salıb.

Araşdırma
ÜST-nin rəhbəri Sudanda qan tökülməsinə son qoyulmasına çağırıb
Atəşkəsə baxmayaraq, İsrail Qəzzadakı fələstinlilərin evlərini dağıdıb və Xan Yunisə hücum edib
Filippində "Fung-Vong" adlı tayfun 1,4 milyon insanın təxliyəsinə səbəb olub
Filippində “Fung-wong” qasırğası şiddətini artırıb; aviareyslər ləğv edilib
İsrailli sənətçilər Qəzzadakı soyqırıma görə beynəlxalq reaksiyalarla üzləşməyə davam edir
ABŞ daha üç narkotik qaçaqmalçısını öldürüb
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi