SİYASƏT
2 dəqiqə oxuma
Rusiya Ukrayna ilə hərbi əsir mübadiləsinin yenidən keçirilməsini istəyir
Sonuncu dəfə tərəflər arasında hərbi əsir mübadiləsi oktyabr ayında həyata keçirilmişdi
Rusiya Ukrayna ilə hərbi əsir mübadiləsinin yenidən keçirilməsini istəyir
Rusiya və Ukrayna arasında hərbi əsirlərin növbəti mübadiləsi keçiriləcək / AP

Rusiyanın İnsan Hüquqları üzrə ombudsmanı Tatyana Moskalkova yanvarın 19-a verdiyi açıqlamada Ukrayna parlamentinin insan hüquqları üzrə müvəkkili Dmitro Lubinets ilə keçirdiyi görüşdə hərbi əsir mübadilələrinin təcili şəkildə yenidən başlanması məsələsini müzakirə etdiyini bildirib.

T.Moskalkova “Telegram” üzərindən paylaşımında dörd aydan artıq müddətdə heç bir əsir mübadiləsinin baş tutmadığını qeyd edib.

Rusiyanın Ombudsmanından bildirilib ki, Ukrayna Ali Radasının (parlamenti) ombudsmanı Dmitro Lubinets ilə keçirilən görüşdə dörd aydır mübadilənin aparılmaması səbəbindən əsir dəyişiminin qarşısındakı maneələrin prinsipial olaraq təcili aradan qaldırılması məsələsini gündəmə gətirib.

T.Moskalkova görüşün dəqiq harada və nə vaxt baş tutduğunu açıqlamayıb. Lakin həm T.Moskalkova, həm də D.Lubinets yanvarın 16-da “Telegram” kanallarında Cenevrədə olduqlarını və Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Miriana Spoliariçin qurumun baş qərargahında hər iki rəsmi ilə ayrı-ayrılıqda görüşdüyünü bildirmişdilər.

T.Moskalkova Rusiyanın Müdafiə Nazirliyinin mübadilə prosesi üçün dəfələrlə müxtəlif formatlar təklif etdiyini, lakin Ukrayna tərəfinin müvafiq qərarların qəbulunu gecikdirdiyini iddia edib.

“Analar və həyat yoldaşları sevdiklərini nigaranlıq içində gözləyirlər. Onların bir an əvvəl evlərinə qayıtması humanizm və mərhəmət nümunəsi olacaq”, – deyən rusiyalı ombudsman, ukraynalı həmkarına Rusiyada saxlanılan və mübadilə çərçivəsində yaxın vaxtlarda azad edilə biləcək ukraynalı hərbçilərin siyahısını təqdim etdiyini də əlavə edib.

T.Moskalkova “Ukrayna tərəfinin təkliflərini gözləyirik” deyərək, Cenevrə Konvensiyasına əsasən yaralı rusiyalı əsirlərin də ölkələrinə qaytarılmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, hər iki tərəfdən 185 nəfərin geri qaytarıldığı son əsir mübadiləsi oktyabr ayında baş tutmuşdu. Əsir mübadiləsinə dair ilkin razılaşmalar İstanbulda keçirilən Rusiya–Ukrayna danışıqları zamanı əldə edilmişdi.

Tərəflər arasında aparılan üç raund danışıqların nəticəsi olaraq “1 000-ə 1 000” formatında mübadilə, digər genişmiqyaslı mübadilə planı, həlak olmuş hərbçilərin nəşlərinin qarşılıqlı təhvil verilməsi və hər iki tərəfdən təxminən 1.200 əsirin geri qaytarılmasını nəzərdə tutan razılaşmalar imzalanmışdı.

MƏNBƏ:TRT
Araşdırma
Nikol Paşinyan:"Bizim Rusiya hərbi bazasına ehtiyacımız yoxdur"
Donald Tramp:"Ümid edirəm ki, İranla müharibənin bitməsinə az qalıb''
Hakan Fidan Türkiyə-Yunanıstan münasibətlərini qiymətləndirib
Rusiya: "Kosmosda hərbi rəqabətin qarşısını almaq üçün konkret addımlar atılmalıdır''
Marko Rubio və Ə.H.Şeybani ikitərəfli münasibətləri və regional təhlükəsizliyi müzakirə ediblər
Səudiyyə Ərəbistanı husilərin hücumlarına adekvat cavab verəcəyini açıqlayıb
Vladimir Putin avropalı hərbçilərin Ukraynaya göndərilməsi ehtimalına münasibət bildirib
Polşa Baş naziri sərhəddəki təhlükənin qarşısının alındığını açıqladı
Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsib
Rusiya Ukraynanın "Mi-Ukrayna" telekanalının binasını PUA ilə hədəf alıb
Bazarel Smotriç və İtamar Ben-Qvir Böyük Britaniyaya sanksiya tətbiq olunmasını tələb edib
Rusiya:"Almaniya əsassız iddialar irəli sürərək Bonndakı baş konsulluğumuzu bağladı"
Rusiya Ukrayna və ABŞ ilə üçtərəfli danışıqların bərpa oluna biləcəyini açıqlayıb
Səkkiz ölkənin XİN rəhbəri İsrail rəsmilərinin fələstinlilərlə bağlı planını pislədi
V.Putin ABŞ nümayəndə heyəti ilə Ukrayna məsələsini müzakirə edib
İsmayıl Bəqayi "The Jerusalem Post"un amerikalı gənclərlə bağlı məqaləsinə münasibət bildirib
Benyamin Netanyahu: "Növbəti hədəfimiz İran rejimini devirməkdir"
Putin: "Rusiya ilə Ukrayna arasında razılaşma şansı var"
Donald Tramp İrana tətbiq edilən sanksiyaların əsas məqsədini açıqladı
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib