Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya Prezidenti Li Ce Myunun dəvəti ilə bu ölkəyə rəsmi səfərə gəlib. Türkiyə lideri və həyat yoldaşı Əminə Ərdoğan üçün paytaxt Seuldakı Prezident İqamətgahında rəsmi qarşılanma mərasimi keçirilib.
Mərasim zamanı Türkiyə və Cənubi Koreyanın dövlət himnləri səsləndirilib. Liderlər nümayəndə heyətlərini bir-birinə təqdim ediblər. Daha sonra tərəflər arasında təkbətək görüş keçirilib.





















