DÜNYA
2 dəqiqə oxuma
İsrail Rəfah sərhəd-keçid məntəqəsini açmağa qərar verib
Bu barədə İsrailin ictimai yayım orqanı ''Kan''-ın yaydığı məlumatda bildirilib
İsrail Rəfah sərhəd-keçid məntəqəsini açmağa qərar verib
İsrail Rəfah sərhəd-keçid məntəqəsini açmağa qərar verib
15 oktyabr 2025

İsrailin ictimai yayım orqanı ‘‘Kan’’-ın yaydığı məlumata görə, dörd girovun cəsədinin geri qaytarılmasından sonra İsrail Qəzza ilə Misir arasındakı Rəfah sərhəd-keçid məntəqəsini açmaq və bölgəyə humanitar yardımın çatdırılmasına icazə vermək qərarına gəlib.

Xəbərdə həmçinin qeyd olunur ki, İsrail "Həmas"a qarşı planlaşdırdığı bəzi tədbirləri dayandırıb.

Rəfah sərhəd-keçid məntəqəsinin bağlı saxlanılması ilə bağlı qərar "Həmas"ın ABŞ-ın vasitəçiliyi ilə təklif olunan atəşkəs razılaşması çərçivəsində girovların cəsədlərini təhvil verməkdən imtina etməsi və onların yerini müəyyən etməyin çətin olduğunu iddia etməsindən sonra verilmişdi.

İsrail humanitar yardımın BMT və bölgədə fəaliyyət göstərən yardım təşkilatları tərəfindən paylanmasını tələb edir.

BMT-nin Uşaq Fondu – UNICEF-in sözçüsü Rikardo Pires bildirib:
"Bütün sərhəd-keçid məntəqələri açıq olmalıdır. Rəfah keçidi bağlı qaldıqsa, xüsusilə cənub bölgələrindəki köçkünlər üçün ağrı-acılar və çətinliklər davam edəcək."

ABŞ prezidenti Donald Tramp oktyabrın 13-də bəyan edib ki, İsrail Qəzzaya qarşı müharibəni dayandırıb.Tərəflər arasında həyata keçirilən əsir mübadiləsi bölgəyə humanitar yardımların daha sürətli çatdırılacağına dair ümidləri artırıb. Qlobal Aclığa Nəzarət Təşkilatı yüz minlərlə insanın aclıq təhlükəsi ilə üz-üzə qaldığını bildirib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) sözçüsü Kristian Kardon isə çərşənbə axşamı Cenevrədə keçirdiyi mətbuat konfransında deyib:
"Hazırda bölgəyə cəmi bir neçə yük maşını daxil olub. Yardımların boşaldıldığı ərazilərdə yaranan izdiham isə humanitar standartlara uyğun olmayan davranışlar sərgiləyir."

BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) da çərşənbə axşamı açıqlama yayaraq bildirib ki, həftə sonundan bu yana Qəzzaya 137 yardım yük maşını daxil olub. Yardım təşkilatları, bölgədə uzun müddətdir yardım ala bilməyən təxminən 400 min nəfərə təcili humanitar yardım ləvazimatlarının çatdırılmasını hədəfləyir.

Araşdırma
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb
İordan çayının qərb sahilində iki fələstinli gənc güllələnib
Əfqanıstan Səhiyyə Nazirliyi:''Zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb''