DÜNYA
2 dəqiqə oxuma
Sinqapurda parlament seçkiləri keçiriləcək
İqtisadi narahatlıqlar və dəyişən siyasi dinamika fonunda üç ay sonra Sinqapurda parlamnt seçkiləri keçiriləcək
Sinqapurda parlament seçkiləri keçiriləcək
The Singaporean opposition continues to gain seats, signaling a shift in political sentiment. / Reuters

İqtisadi narahatlıqlar və dəyişən siyasi dinamika fonunda üç ay sonra Sinqapurda parlament seçkiləri keçiriləcək. Bu vəziyyət yeni Baş nazir Lourens Vonq üçün ilk böyük sınaqdır.

Hökumətin rəsmi qəzetində bildirilib ki, Sinqapur parlamenti üç ay ərzində ümumi seçkilərin keçiriləcəyini elan edərək aprelin 15-də buraxılıb.

Seçki 2024-cü ilin mayında Xalq Fəaliyyət Partiyasından (PAP) uzun müddətdir Baş nazir olan Li Hsien Loongdan vəzifəni təhvil alan Baş nazir Lourens Vonq üçün ilk seçki sınağı olacaq.

PAP-ın 1965-ci ildə müstəqillik əldə etdikdən sonra hər seçkidə olduğu kimi bu seçkidə də çoxluq qazanacağı demək olar ki, dəqiq olsa da, 2020-ci ildəki son seçkilərdə zəif nümayişindən sonra xalqın səs payı yaxından izlənəcək.

Qeyd edək ki, seçkilər bədbin iqtisadi proqnozlar fonunda keçiriləcək. ABŞ prezidenti Donald Trampın təklif etdiyi rüsumlar Sinqapurun ixracyönümlü iqtisadiyyatına zərbə vura bilər.

Son seçkilərdə hakim partiyanın nüfuzu aşağı düşsə də, müxalifət parlamentdə daha çox güc əldə edir. Müxalifət 2011 və 2015-ci il seçkilərində altı mandat qazansa da, 2020-ci ildə bu rəqəmi 10-a çatdırıb.

2020-ci ildəki son seçki ilə müqayisədə qarşıdan gələn seçkilərdə daha dörd yer olacaq. Hər biri 4 və ya 5 üzvdən ibarət 15 birmandatlı və 18 seçki dairəsindən ümumilikdə 97 deputat seçiləcək.

Fevral ayında Vonq analitiklərin "tam mənası ilə seçki büdcəsi" kimi təsvir etdikləri büdcə təqdim etdi və seçkidən əvvəl bütün sinqapurlular üçün bir sıra təşviqlər elan etdi.

Araşdırma
Tatarıstan Respublikasına qarşı pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirildi
Hindistanda daşqın nəticəsində ölənlərin sayı 100-ə çatıb
Yunanıstanın paytaxtı Afinada Fələstinə dəstək yürüşü keçirilib
Pentaqon silah şirkətlərindən istehsalı sürətləndirməyi tələb edib
Paşinyan: "Ermənistan-Azərbaycan sülhü razılaşmadan bir il sonra görünən və hiss olunandır"
Rusiyanın endirdiyi zərbələr Kiyev yaxınlığında biri uşaq olmaqla üç nəfərin ölümünə səbəb olub
İƏT Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında "tarixi" müdafiə sazişini alqışlayıb
Şahbaz Şərif Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə bir sıra görüşlər keçirəcək
Tailandda məktəbə hücum zamanı ən azı 7 nəfər həlak olub
Livanın cənubundakı partlayışda iki İsrail əsgəri həlak olub
ABŞ-nin nüvə hücumunun 81-ci ildönümündə Hiroşimada nüvə əleyhinə çağırışlar təkrarlandı
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilində evləri yandırdı: 6 nəfər yaralandı
Rusiya ordusu paytaxt Kiyevi hava zərbələri ilə hədəf aldı: 14 nəfər öldü, 27 adam yaralandı
Misirdə 5,3 bal gücündə şiddətli zəlzələ baş verib
Donald Tramp İrana qarşı planlaşdırılan hücumu ləğv etdi
HƏMAS Qəzzada atəşkəsin ikinci mərhələsi üzrə razılaşmanı qəbul etdi
Rusiya və Ukrayna növbəti dəfə bir-birini hücum törətməkdə ittiham etdi
Yaponiyadakı zəlzələdə həlak olanların sayı 30-a çatdı
Ukrayna növbəti dəfə Rusiyaya hücum etdi: ölən və yaralananlar var
Rumıniya hava məkanına daxil olan PUA zərərsizləşdirilib