TÜRKİYƏ
2 dəqiqə oxuma
B.Duran İsrailin İordan çayının qərb sahili ilə bağlı qərarını pisləyib
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran Təl-Əviv rəhbərliyinin bu qərarını qətiyyətlə pislədi
B.Duran İsrailin İordan çayının qərb sahili ilə bağlı qərarını pisləyib
B.Duran İsrailin İordan çayının qərb sahili ilə bağlı qərarını pisləyib / AA

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran Təl-Əviv rəhbərliyinin işğal altındakı İordan çayının qərb sahilindəki müəyyən əraziləri İsrailin "dövlət mülkiyyətinə" keçirmək qərarını qətiyyətlə pisləyib.

B. Duran bu addımı beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirərək bildirib ki, bu qərar bəşəriyyətin ümumi vicdanına ziddir və soyqırım siyasətinin davam etdiyini göstərir. O, bu növ təşəbbüslərin bölgədəki ədalətsizliyi dərinləşdirdiyini və sülh, regional sabitlik və təhlükəsizlik ümidlərini qəsdən hədəf aldığını vurğulayıb.

‘‘Fələstin xalqının tarixi və qanuni hüquqlarını görməzdən gələn, bölgənin demoqrafik və hüquqi strukturunu dəyişdirməyi hədəfləyən bu yanaşma, davamlı sabitliyin qarşısındakı ən böyük maneələrdən biri olacaq’’,-deyə Burhanəddin Duran vurğulayıb.

B.Duran rəsmi sosial media hesabında etdiyi paylaşımda Fələstin torpaqlarının hər hansı formada ələ keçirilməsini qəbul etmədiklərini bildirib. O, beynəlxalq ictimaiyyəti bu qanunsuzluğun qarşısını almağa və iki dövlətli həll modelinə əsaslanan davamlı sülh üçün məsuliyyət daşımağa çağırıb.

‘‘Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında beynəlxalq hüquqa və insan haqlarına əsaslanan ədalətli həll yolu uğrunda mübarizə aparmağa, fələstinli qardaşlarımızın haqlı mübarizəsini dəstəkləməyə davam edəcəyik’’,-deyə B.Duran qeyd edib.

Bu bəyanat İsrail hökumətinin İordan çayının qərb sahilindəki Fələstin ərazilərini “dövlət mülkiyyəti” kimi qeydiyyata almaq təklifini təsdiqləməsindən sonra verilib. İsrail dövlət televiziyasının məlumatına görə, sözügedən təklif maliyyə naziri Bezalel Smotriç, ədliyyə naziri Yariv Levin və müdafiə naziri İsrael Katz tərəfindən irəli sürülüb.

Fələstin tərəfi bu addımları İordan çayının qərb sahilinin rəsmi ilhaqına hazırlıq və BMT tərəfindən dəstəklənən iki dövlətli həll prosesinin tamamilə iflic edilməsi kimi qiymətləndirir.

Araşdırma
Hakan Fidan Liviyaya rəsmi səfər edəcək
Rəcəb Tayyib Ərdoğan və Kristian Stoker birgə mətbuat konfransında çıxış ediblər
Türkiyə Kolumbiyaya başsağlığı verdi
TEKNOFEST-in dron müsabiqəsi Türkiyənin Şırnak şəhərində başladı
Hakan Fidan fransız və alman həmkarları ilə danışıqlar aparıb
TBMM Ədalət Komissiyası "Milli Həmrəylik" qanun layihəsini qəbul etdi
Hakan Fidan: "Məkkə sazişi birgə müdafiəni təmin edir, müəyyən hədəf və ya düşmən yoxdur"
Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə müqaviləsi "heç bir ölkəni hədəf almır"
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiə müqaviləsi imzalanıb
Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir
Türkiyə Qara dənizdə hücuma məruz qalan vətəndaşlarının vəziyyəti ilə maraqlandığını bildirib
Prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi M.Salman ilə telefon danışığı keçirib
İbrahim Kalın “Həmas” rəhbərliyi ilə görüş keçirib
Türkiyənin F-16 qırıcıları Estoniyada NATO missiyasına başladı
15 iyul çevriliş cəhdi zamanı Prezident R.T.Ərdoğana sui-qəsd etməyə çalışan FETÖ üzvü saxlanılıb
Yunus Emre İnstitutu (YEE) beynəlxalq tanınırlığa malik Türk Dili Yetərlilik İmtahanı (TYS) keçirir
Prezident R.T.Ərdoğan Livan Prezidenti C.Aunu qəbul edib
“Sabiha Gökçen” hava limanı sərnişin artımına görə Avropanın nəhəng hava limanları geridə qoydu
TİKA Kərkükdəki Altunkörpü Şəhidliyində bərpa işlərinə başlayıb
Türkiyə dövləti qlobal humanitar yardım fəaliyyəti çərçivəsində 85 ölkəyə kömək göndərib