DÜNYA
2 dəqiqə oxuma
V.Zelenski: ''Rusiya artıq Ukraynanın Aİ-yə üzvlüyünə etiraz etmir''
Volodimir Zelenski bu fikirləri Avropa Şurasının Prezidenti Antonio Kosta ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib
V.Zelenski: ''Rusiya artıq Ukraynanın Aİ-yə üzvlüyünə etiraz etmir''
/ AP

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya gec də olsa, nəhayət Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olmaq istəyini qəbul edib. O, eyni zamanda Macarıstanı bu məsələyə dair mövqeyini yenidən nəzərdən keçirməyə çağırıb.

Ukrayna mediasının məlumatına görə, Volodimir Zelenski bu fikirləri Avropa Şurasının Prezidenti Antonio Kosta ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib. V.Zelenski deyib: “Biz nəhayət Rusiyadan Ukraynanın Aİ üzvlüyünü qəbul etdiklərinə dair siqnallar eşidirik. Moskva 2013-cü ildən bəri bu ideyaya qarşı çıxırdı”.

Volodimir Zelenski bildirib ki, artıq Rusiya etiraz etmirsə, Avropadakı bəzi ölkələrin, xüsusilə də Macarıstanın bu məsələyə dair mövqeyi daha da qəribə görünür.

Qeyd edək ki, sentyabrın 3-də Rusiya prezidenti Vladimir Putin Pekində Slovakiyanın Baş naziri Robert Fiko ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya Ukraynanın Aİ-yə üzvlüyünə qarşı deyil.

Bununla belə, V.Putin Rusiyanın Ukraynanın NATO-ya üzvlüyünə qəti şəkildə qarşı olduğunu vurğulayıb. O, Avropa İttifaqını iqtisadi və siyasi birlik kimi qiymətləndirdiyini, NATO-nu isə Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid hesab etdiyini bildirib.

Putin həmçinin 2014-cü ildə Ukraynada baş verən siyasi dəyişiklikləri Qərbin dəstəklədiyi çevriliş adlandıraraq bu mövqeyini bir daha təkrarlayıb.

Xatırladaq ki, Ukrayna 2022-ci ilin fevralında Rusiya ilə müharibə başlayandan qısa müddət sonra Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etmiş və həmin ilin ortalarında namizəd statusu almışdı.

Lakin Aİ daxilindəki fikir ayrılıqları, xüsusilə Macarıstanın Ukraynanın namizədliyinə dair danışıqlara veto qoyması bu prosesin irəliləməsinə ciddi maneə olub.

Prezident Volodimir Zelenski vurğulayıb ki, Ukrayna avropalı tərəfdaşlarından tam dəstək gözləyir. “Bütün müttəfiqlərimizin və Aİ üzvlərinin bir ağızdan danışması çox vacibdir. Avropaya inteqrasiya xalqımızın seçimidir və bu seçimə hörmət edilməlidir",-deyə Volodimir Zelenski qeyd edib.

Araşdırma
Husilərin Ədən şəhərində Əl-Maşiq Prezident Sarayına hücumu nəticəsində 5 nəfər həlak olub
Yəmən hökumət qüvvələri husilər arasında 200-dən çox itki qeydə alındığını bildirib
Suriyanın Həma şəhərində təşkil edilən silahlı hücumda 4 təhlükəsizlik əməkdaşı həlak olub
İran Hörmüz boğazı ilə bağlı Omanla lazımi razılığa gəldiklərini bildirib
Paşinyan: "Azərbaycanla sülh dövlətçiliyimizin uzunömürlülüyünün əsasını təşkil edəcək"
İraqın şimalındakı Metina bölgəsində terror təşkilatı PKK/KCK 4 yaşayış məntəqəsini tərk edib
Nigeriyada tacir karvanına hücum zamanı 27 nəfər həlak olub
Andriy Sıbiha: "Zelenski Prezident Ərdoğanın vasitəçiliyi ilə Putinlə görüşə bilər"
Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum edilib, ölənlər var
Şimali Koreya Yapon dənizi istiqamətində çox sayda ballistik raket buraxıb
İraq qüvvələri DEAŞ-ın mövqelərinə hava zərbələri endirib
Braziliyada minlərlə insan Prezident Lula da Silvaya dəstək mitinqində bir araya gəlib
HƏMAS Qəzzadakı xəstəxanada hərbi fəaliyyətin olması ilə bağlı İsrailin iddialarını rədd edib
Polşa Baş naziri Donald Tuska qarşı sui-qəsd planlaşdıran şəxs saxlanılıb
ABŞ-də Trampın siyasətini təbliğ edən reklamlar qadağan olunub
Yəmən ordusunun məlumatına görə husilərin 900-dən çox üzvü zərərsizləşdirilib
Cibuti sahillərində baş verən gəmi qəzasında 139 nəfər həlak olub, 84 nəfər itkin düşüb
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı husilərin hücumlarını birgə bəyanatla pisləyiblər
Ər-Riyaddakı hava limanına təşkil edilən hücumda 12 nəfər həlak olub, 309 nəfər yaralanıb
ABŞ vətəndaşlarının Fələstində qətlə yetirilməsi İsrail tərəfindən örtbas edildiyi iddia olunur