SİYASƏT
2 dəqiqə oxuma
D.Medvedev Almaniyanı Rusiyaya qarşı “revanşist” siyasət aparmaqda günahlandırıb
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Berlin rəhbərliyinin ölkənin hərbi gücünü artırmaq istəyini tənqid edib
D.Medvedev Almaniyanı Rusiyaya qarşı “revanşist” siyasət aparmaqda günahlandırıb
D.Medvedev Almaniyanı Rusiyaya qarşı “revanşist” siyasət aparmaqda günahlandırıb / Reuters

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Qələbə Günü ərəfəsində verdiyi açıqlamada Almaniyanın hərbi gücünü artırmasının “intiqamçılıq niyyəti”ndən xəbər verdiyini iddia edib.

D.Medvedev Almaniya hökumətini “intiqam ambisiyaları” ilə hərəkət etməkdə və İkinci Dünya müharibəsinin nəticələrini yenidən nəzərdən keçirməyə çalışmaqda günahlandırıb.

D.Medvedev Rusiyanın Qələbə Günü ərəfəsində RT saytında dərc olunan məqaləsində Almaniya rəsmilərinin açıqlama və siyasətlərinə istinad edərək bildirib ki, bu açıqlamalar və addımlar Berlin rəhbərliyinin həmin niyyətlərini ortaya qoyur.

D.Medvedev Almaniyanın heç vaxt həqiqi mənada “nasizmdən təmizlənmə” prosesindən keçmədiyini irəli sürüb. Onun sözlərinə görə, keçmiş nasist partiyası üzvləri müharibədən sonra ölkənin dövlət qulluğu sisteminin bir hissəsinə çevriliblər.

D.Medvedev bildirib ki, Almaniya rəsmiləri artıq Rusiyanı “təhlükəsizlik və sülh üçün əsas təhdid” kimi təqdim edir. Onun sözlərinə görə, Berlin rəhbərliyi rəsmi Moskvanı “strateji məğlubiyyət”ə məruz qoymağı hədəfləyən xətt üzrə hərəkət edir.

D.Medvedevin məqaləsində bu ifadələrə yer verilib: “Əcdadları İkinci Dünya müharibəsində Şərq cəbhəsində Sovet İttifaqına qarşı qəddar şəkildə döyüşmüş bəzi rusofoblar bu gün “ruslara müharibədə məğlubiyyətin nə olduğunu göstərmək” çağırışları edirlər. Başqa sözlə, genişmiqyaslı revanşist strategiya artıq rəsmən qəbul edilib”.

O, həmçinin Almaniyada 2029-cu ilədək Rusiya ilə hərbi qarşıdurma ehtimalı barədə aparılan siyasi müzakirələrə diqqət çəkib.

D.Medvedev Berlin rəhbərliyinin Almaniya ordusunu “Avropanın ən güclü ordusu”na çevirməyə çalışdığını bildirib. Onun sözlərinə görə, Almaniya şəxsi heyətin sayını 181 mindən 460 minə çatdırmağı hədəfləyir.

D.Medvedev sözlərini Almaniya qarşısında iki seçim olduğunu bildirməklə tamamlayıb. O, bu seçimləri müharibə və dövlətin məhvi, yaxud dialoqa qayıdış kimi təqdim edib.

“Hər iki nəticəni də qəbul edə bilərik. Növbəti addım Almaniyadan asılıdır”, – deyə D.Medvedev yazıb.

MƏNBƏ:TRT
Araşdırma
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"
Kanada Baş naziri M.Karni Türkiyəyə rəsmi səfər edəcək
İsrailin müdafiə naziri Katz ordunun Qəzzadakı hazırlıqlarını artırmağı tapşırıb
Məsud Pezeşkian:"ABŞ ilə danışıqların heç bir mənası yoxdur"
D. Peskov: "Ukrayna etdiklərinə görə cavab verəcək"
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinə çağırış etdi
M.B.Qalibaf şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazının açılmayacağını bildirdi
D.Tramp Türkiyəyə tətbiq edilən CAATSA sanksiyalarının ləğvinə müsbət yanaşdığını bildirib
ABŞ İran heyətinə "ölkəni tərk edin" təlimatı verib
Fransa və Böyük Britaniya La-Manş boğazı ilə bağlı sazişinin ləğvini müzakirə edir
Yunanıstanlı deputat etiraf etdi: "Türkiyənin müdaxiləsindən sonra geri addım atdıq"