Rusiyada "Ozon" elektron ticarət platformasının Orenburq və Ufa şəhərlərindəki logistika obyektlərinə pilonsuz uçuş aparatı (PUA) ilə hücum edildiyi bildirilib.
Şirkət tərəfindən yayılan yazılı bəyanatda şirkətin Orenburq və Ufa şəhərlərində yerləşən logistika obyektlərinə gecə saatlarında PUA hücumu təşkil edildiyi qeyd olunub.
Şirkət komplekslərindəki bütün əməkdaşların təxliyə edildiyi bildirilən bəyanatda ilkin məlumatlara görə xəsarət alanların olmadığı vurğulanıb.
Açıqlamada hücumlardan sonra obyektlərdə yanğın baş vermədiyi, Orenburqdakı logistika mərkəzinin fəaliyyətini artıq bərpa etdiyi diqqətə çatdırılıb.
Ufadaki logistika mərkəzinə isə cüzi ziyan dəydiyi, obyektin ətraflı baxış keçirilməsi məqsədilə müvəqqəti bağlandığı bildirilib.
Ukrayna son dövrlərdə Rusiya mənşəli "Wildberries" və "Ozon" elektron ticarət platformalarına aid anbar və logistika mərkəzlərini PUA zərbələri ilə hədəf alır.





















