Krasnodar valisi Veniamin Kondratyev sentyabrın 9-da Ukraynanın Rusiyanın Novorossiysk şəhərinə hücumu nəticəsində biri uşaq olmaqla 4 nəfərin həlak olduğunu, 29 nəfərin də yaralandığını bildirib.
Novorossiysk valisi Andrey Kravçenko çərşənbə günü səhər saatlarında vurulmuş PUA-nın qalıqlarının müxtəlif obyektlərin ərazisinə və bir yaşayış binasının yaxınlığına düşdüyünü açıqlayıb.
Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirib ki, hava hücumundan müdafiə qüvvələri gecə ərzində Ukraynaya məxsus 596 PUA-nı zərərsizləşdirib.
Odessa Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper Ukrayna tərəfində də gecə saatlarında tələfatın qeydə alındığını bildirib. O, etdiyi paylaşımda bu ifadələrə yer verib: "Bu gecə düşmən PUA-ları Moldova ilə sərhəddə yerləşən Starokozaçe buraxılış məntəqəsinə hücum edib". İlkin məlumatlara görə, hücum nəticəsində 2 mülki şəxs həlak olub, 3 nəfər yaralanıb.
Bu hücumlar Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında münaqişənin həlli yollarının müzakirə olunduğu telefon danışığından cəmi bir neçə saat sonra baş verib.





















