ŞƏRHLƏR
2 dəqiqə oxuma
İranda vurulan ibtidai məktəb yaxınlığında ABŞ raket zərbəsini sübut edən görüntülər yayımlandı
"Bellingcat" istintaq qrupu ABŞ bombardmanının yeni görüntülərinə əsaslanaraq, Amerikanın "Tomahawk" raketinin Minab şəhərindəki qızlar məktəbinin yaxınlığına düşdüyünü müəyyən edib
İranda vurulan ibtidai məktəb yaxınlığında ABŞ raket zərbəsini sübut edən görüntülər yayımlandı
İranda vurulan ibtidai məktəb / Reuters
9 mart 2026

Mərkəzi ofisi Niderlandda yerləşən "Bellingcat" təşkilatı martın 8-də 28 fevralda İranın cənubundakı Minab şəhərində İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus obyektin vurulmasını əks etdirən yeni videogörüntülər yayımlayıb. Bu materiallar qızlar məktəbinə edilən hücumda ABŞ-nin məsuliyyət daşıdığına dair artan ehtimalları daha da gücləndirir.

"Bellingcat" ekspertləri İranın "Mehr" xəbər agentliyi tərəfindən dərc edilən görüntülərin geolokasiyasını müəyyən edərək, 170-dən çox insanın həlak olduğu məktəb binasından tüstü yüksəldiyini təsdiqləyib. Araşdırmaçı qrup qeyd edib ki, regionda bu növ raketlərə sahib olan yeganə tərəf ABŞ-dir, İsrailin arsenalında isə belə silahlar yoxdur.

Bu faktlar ABŞ prezidenti Donald Trampın martın 7-də verdiyi bəyanatla ziddiyyət təşkil edir. Tramp jurnalistlərə açıqlamasında hadisəyə görə Tehranı ittiham edərək demişdi: "Bunu İran etdi. Onların sursatları çox qeyri-dəqiqdir".

ABŞ tərəfinin rəsmi araşdırması hələ də davam edir.

"Bellingcat" araşdırması daha əvvəlki analizlə üst-üstə düşür.

Beynəlxalq medianın araşdırmaları ABŞ-ni hədəf göstərir

“The Wall Street Journal” ABŞ rəsmisinə istinadən xəbər verir ki, hərbi müstəntiqlər hadisədə Amerika qüvvələrinin məsuliyyət daşıdığına inanırlar, lakin hələlik yekun nəticə açıqlanmayıb. Rəsmi şəxs binanın İnqilab Keşikçilərinin qərargahı kimi istifadə edildiyinə dair əlamətlər olduğunu iddia edib.

“The New York Times”: Peyk görüntüləri və geolokasiya edilmiş videolar vasitəsilə müəyyən edilib ki, məktəb SEPAH-ın dəniz bazasına endirilən dəqiq zərbələrlə eyni vaxtda vurulub. ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş rəsmisi bunu "hədəfin səhv müəyyən edilməsi" ilə izah edib.

“BBC Verify”: Məktəb və yaxınlıqdakı hərbi obyektlər ətrafında çoxsaylı zərbə izləri aşkar edib. Analitiklər zərərin xarakterinin "nüfuzedici sursatlardan" istifadəni sübut etdiyini bildirirlər.

“Middle East Eye”: Sağ qalan şahidlərin ifadələrinə əsasən, ərazidə "ikiqat zərbə" taktikasından istifadə oluna biləcəyini, yəni birinci partlayışdan sonra sığınacaq axtaran insanlara ikinci zərbənin endirildiyini iddia edir.

“CBC News” qeyd edib ki, hücum ABŞ və İsrailin cənubi İrana ilk hücum dalğası ilə üst-üstə düşüb.

İran rəsmilərinin məlumatına görə, 28 fevralda "Şəcərət əl-Tayyibə" ibtidai məktəbinə edilən hücumda əksəriyyəti uşaqlar olmaqla 170-dən çox insan həlak olub.

UNESCO bu hadisəni beynəlxalq humanitar hüququn "ciddi şəkildə pozulması" adlandırıb və hərtərəfli beynəlxalq araşdırma aparılmasına çağırıb.

Hazırda heç bir tərəf rəsmi olaraq məsuliyyəti öz üzərinə götürməyib.

Araşdırma
İran Hörmüz boğazında nəzarəti sərtləşdirir: ABŞ ilə danışıqlar çıxılmaz nöqtədə
Əli Laricani: Köhnə mühafizəkarlar və yeni dövr arasında körpü olan "anın adamı"
İranın yeni ali rəhbəri Müctəba Xamenei kimdir?
ABŞ istintaqı İran məktəbinə hücumda Amerikanın mümkün rolunu göstərir
İranın 37 illik dini lideri Ayətullah Əli Xamenei
Yenə vahid Suriya: Suriyalılar YPG terror təşkilatına qarşı qələbəni necə şərh edirlər?
Arıqlama iynələrinin zərərləri
İranda son 24 saatda nələr baş verdi?
Hesabat:''İranda etiraz aksiyalarında ölənlərin sayı 38-ə çatıb''
Çaves ideologiyası yaşayır: Maduronun ələ keçirilməsindən sonra Venesuelanın gələcəyi
2025-ci ilə ümumi baxış: Qəzza soyqırımı, müharibə və münaqişələr
ÜST:''Qəzzadan təxliyə olunmağı gözləyən 1000-dən çox xəstə həyatını itirib''
Ortaq irsimizin beynəlxalq səviyyədə tanınması niyə önəmlidir?
Siqaretin ətraf mühitə vurduğu zərər
Hesabata görə, hər 10 dəqiqədə bir qadın yaxın partnyoru və ya ailə üzvü tərəfindən öldürülür
Plana əsasən, Donbas bölgəsi Rusiyaya veriləcək, hərbi qüvvələr 600 min əsgərlə məhdudlaşdırılacaq
Sudanda nələr baş verir və vəziyyət necə bu qədər ağırlaşıb?
''Türkiyə və digər orta güclər daha ədalətli qlobal nizamın formalaşmasına töhfə verə bilər''
C.Otorbayev: “Türkiyə yeni dünya nizamında güc mərkəzinə çevrilir”
BAEA:''İranın nüvə silahı hazırladığına dair heç bir dəlil yoxdur''