TÜRKİYƏ
2 dəqiqə oxuma
H.Fidan: “Türkiyə fələstinliləri dəstəkləməyə davam edəcək”
Türkiyənin XİN rəhbəri H.Fidan rəsmi Ankaranın iki dövlətli həll və daimi sülh üçün üzərinə düşəni etməyə hazır olduğunu bildirib
H.Fidan: “Türkiyə fələstinliləri dəstəkləməyə davam edəcək”
Türkiyənin XİN rəhbəri Hakan Fidan
18 oktyabr 2025

Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 17-də almaniyalı həmkarı Yohann Vadeful ilə birgə mətbuat konfransı keçirib. Nazir H.Fidan çıxışı sırasında deyib: “Türkiyə dövləti Qəzza üçün bir nəfəs və Fələstin üçün bir ümid olmağa davam edəcək. Qəzzanın yenidən inşasına yönəlik səylərə də aktiv dəstək verməyi sürdürcəyik. Qəzzada ucalacaq hər bina bəşəriyyətin ortaq vicdanının əsəri olacaq. Biz hələ yolun çox başlanğıcındayıq. Bizim yekun məqsədimiz iki dövlətli həllin həyata keçirilməsi və bütün bu baş verən qarşıdurmalara baxmayaraq sülh və rifahın hökm sürəcəyi bir Orta Şərqin qurulmasıdır”.

Atəşkəsin əldə olunmasının dərhal ardından rəsmi Ankaranın yardım səylərini artırdığını bildirən H.Fidan, Qəzzadakı humanitar yardımın uzunmüddətli və sistemli olmasının vacibliyini vurğulayıb.

Türkiyənin xarici işlər naziri qeyd edib ki, Almaniyanın xarici işlər naziri Y.Vadeful ilə keçirilən görüşlərdə rəsmi Ankara və Berlin rəhbərliyi Qəzzada atəşkəsin davam etməsi, humanitar yardımın ehtiyacı olanlara fasiləsiz çatdırılması və müharibənin qalıcı şəkildə sona çatması gözləntilərini təsdiqləyiblər.

 

Sülhün bərqərar olması

Türkiyəli nazir bölgədə daimi sülhün qurulması üçün iki dövlətli həllin həyata keçirilməsinin zəruriliyini bildirib.

H.Fidan Avropa ölkələrinin, xüsusilə də Almaniyanın, Fələstin məsələləri və Qəzza ilə bağlı atacağı konstruktiv addımların əhəmiyyətinə diqqət çəkərək deyib: “Türkiyə əldə olunan razılaşmanın icrasına yönəlik üzərinə düşəni etdiyi kimi, bundan sonrasında da artıqlaması ilə etməyə hazırdır”.

Hakan Fidan bu çərçivədə prezident Rəcəb Tayyib Ərdoğanın beynəlxalq sabitlik kimi mövzularda ortaya qoyduğu iradənin mövcud olduğunu da vurğulayıb.

MƏNBƏ:TRT
Araşdırma
Türkiyədə kiber-casusluqla mübarizə əməliyyatında iki şübhəli şəxs saxlanılıb
Ərdoğan və Dibeybe ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər
Böyük Britaniyanın Ankaradakı səfiri: "Türkiyənin Suriyadakı hadisələrdəki rolu çox kritikdir"
Türkiyə BMT TŞ-nin Suriya Prezidenti və DİN rəhbərini sanksiya siyahısından çıxarmasını alqışladı
Türkiyə Qəzzada humanitar yardımın kifayət səviyyədə olmadığını bildirdi
Türkiyənin XİN rəhbəri Hakan Fidan Finlandiyaya səfər edib
H.Fidan:''Türkiyənin Qəzzaya qoşun göndərməsi BMT Təhlükəsizlik Şurasının qərarından asılı olacaq''
R.T.Ərdoğan: ''İƏT Suriyanın iqtisadi inkişafına dəstək məqsədilə xüsusi proqram başladıb”
Ərdoğan Əl-Faşerdə mülki əhaliyə qarşı törədilən qırğınları pisləyib
H.Fidan ədalətli qlobal nizam çağırışı etdi
Cevdet Yılmaz: "Türkiyə müdafiə sənayesində güzəştə getməyəcək"
Türkiyənin Monteneqrodakı səfiri Podqoritsadakı hücuma münasibət bildirib
''TRT World Forum 2025'' oktyabrın 31-də öz işinə başlayacaq
Türkiyə Sudana çağırış etdi
Türkiyə XİN:''Qəzzada atəşkəs açıq şəkildə pozulub''
Rәcәb Tayyib Әrdoğan Cümhuriyyәtin qurulmasının 102-ci ildönümü münasibәtilә bәyanat yaydı
''Altay'' tankları Türkiyə Silahlı Qüvvələrinə təhvil verilir
Türkiyənin qərbində 6,1 bal gücündə zəlzələ baş verib
Böyük Britaniyanın Baş naziri Türkiyədə səfərdədir
R.T.Ərdoğan:''Türkiyə sülhə əsaslanan siyasət yürütməyə davam edəcək''