SİYASƏT
2 dəqiqə oxuma
Venesuelanın müvəqqəti prezidenti Maduronun tutulmasından sonra ABŞ-ı əməkdaşlığa çağırıb
Delsi Rodrigez bəyanatında deyib: "ABŞ hökumətini birgə inkişafa yönəlmiş əməkdaşlıq gündəliyi üzərində işləməyə dəvət edirik"
Venesuelanın müvəqqəti prezidenti Maduronun tutulmasından sonra ABŞ-ı əməkdaşlığa çağırıb
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez / Reuters

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez yanvarın 4-də verdiyi açıqlamada ABŞ qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində prezident Nikolas Maduro və həyat yoldaşının “tutularaq” müxtəlif ittihamlarla məhkəmə qarşısına çıxarılmaq üçün ABŞ-a aparılmasından sonra ABŞ hökumətini Venesuela ilə əməkdaşlığa çağırıb.

Rodrigez ABŞ-da yerləşən sosial media platforması “Instagram”da etdiyi paylaşımda deyib:
“ABŞ hökumətini beynəlxalq hüquq çərçivəsində birgə inkişafa yönəlmiş əməkdaşlıq gündəliyi üzrə bizimlə işləməyə dəvət edirik.

“Suveren bərabərlik və daxili işlərə qarışmama prinsiplərinə əsaslanaraq, ABŞ ilə Venesuela arasında, həmçinin Venesuela ilə bölgədəki digər ölkələr arasında balanslı və qarşılıqlı hörmətə əsaslanan beynəlxalq münasibətlərə üstünlük veririk.
Cənab Prezident xalqlarımız və regionumuz müharibəni deyil, sülhü və dialoqu haqq edir. Bu, prezident Nikolas Maduronun hər zaman verdiyi mesajdır və hazırda bütün Venesuelanın mesajıdır”.

Tramp yanvarın 4-də səhər tezdən Rodrigezlə bağlı verilən suala cavab olaraq onun “əməkdaşlıq etdiyini” bildirib, lakin bunu etmədiyi təqdirdə “yəqin ki, Madurudan da daha pis vəziyyətlə üzləşəcəyinə” dair xəbərdarlıq edib.

Trampdan Rodrigezdən nə istədiyi soruşulduqda, belə cavab verib:
“Bizə tam çıxış lazımdır. Onların ölkəsindəki neftə və ölkəni yenidən qurmağımıza imkan verəcək digər resurslara çıxış hüququna ehtiyacımız var”.

Yanvarın 3-də gec saatlarda Nyu-Yorka gətirilən Maduro və həyat yoldaşı hazırda Bruklində yerləşən həbsxanada saxlanılır. Maduro cütlüyü narkotik qaçaqmalçılığı və “terror təşkilatı” kimi xarakterizə edilən dəstələrlə əməkdaşlıq etmək ittihamı ilə ABŞ-da federal cinayət işləri ilə üz-üzədir.

Maduro ittihamları rədd edərkən, Venesuelanın paytaxtı Karakasdakı rəsmilər cütlüyün azadlığa buraxılmasını tələb ediblər.

Araşdırma
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"
Donald Tramp İranla bağlı paylaşım edib
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
Təzyiqlərə baxmayaraq, Netanyahu qanunsuz məskunlaşmanı genişləndirəcək
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir"
Netanyahu İranla diplomatik razılaşma əldə etməyin mümkün olmadığını iddia edib
Tramp administrasiyası miqrant viza müraciətlərini dayandırıb
Ermənistan parlamenti Bakı və Ankara ilə normallaşmanı nəzərdə tutan 5 illik proqramı təsdiqlədi
Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsinə etiraz edir
Səudiyyə Ərəbistanı və Fransa Fələstin dövlətinin qurulmasını dəstəklədiklərini bildirdi
N.Paşinyan Ermənistan dəmir yollarının idarəsini Rusiyanın əlindən almaq istəyir
Prezident V.Zelenski müharibə şəraitində seçkilərin keçirilməsinə etiraz edir
Fələstində parlament və prezident seçkiləri keçiriləcək
İsrail ordu rəsmiləri B.Netanyahunun davam edən müharibələrin başa çatmasını istəmədiyini bildirib
Suriya XİN rəhbəri Ə.H.Şeybani Türkiyəni Suriyanın yenidən qurulmasında əsas tərəfdaş adlandırıb
İran Baş Qərargah rəisi: "Düşmənin təhdidlərinə sərt cavab verəcəyik''
Ermənistanın yeni 5 illik proqramına Bakı və Ankara ilə normallaşma daxil edilib