SİYASƏT
2 dəqiqə oxuma
Səudiyyə Ərəbistanı və Fransa Fələstin dövlətinin qurulmasını dəstəklədiklərini bildirdi
Tərəflər Qəzzada davamlı atəşkəs üçün şəraitin yaradılmasına və maneəsiz humanitar yardımın çatdırılmasına çağırış etdi
Səudiyyə Ərəbistanı və Fransa Fələstin dövlətinin qurulmasını dəstəklədiklərini bildirdi
Səudiyyə Ərəbistanı və Fransa Fələstin dövlətinin qurulmasını dəstəklədi / AP

Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd bin Salman Fransaya rəsmi səfəri çərçivəsində Fransa prezidenti Emmanuel Makronla bir araya gəlib.

Görüş çərçivəsində ölkə başçıları Səudiyyə Ərəbistanı-Fransa Strateji Tərəfdaşlıq Şurasının ilk iclasına da həmsədrlik ediblər.

Hər iki lider regional sabitliklə bağlı dövlət suverenliyinə, beynəlxalq hüquqa və diplomatik həll yollarına əsaslanan ortaq yanaşmanı vurğulayıb. Birgə bəyanat verən dövlət başçıları Fələstinin dövlət quruculuğunu dəstəkləməyə davam etdiklərini həmçinin İsrailin bütün Livan ərazisindən çıxmasını tələb ediblər.

 

Yaxın Şərq diplomatiyası

Ər-Riyad rəhbərliyi və rəsmi Paris İsrailin Fələstin məsələsində 1967-ci il sərhədləri daxilində müstəqil dövlət qurmaq hüququnu zəiflətmək cəhdlərinə qətiyyətlə etiraz ediblər. Onlar qanunsuz İsrail məskunlaşma siyasətinə və qeyri-qanuni israilli köçkünlərin törətdiyi zorakılığa son qoyulmasını tələb ediblər.

Tərəflər, həmçinin Qəzzada davamlı atəşkəsi mümkün edəcək şəraitin yaradılmasına çağırış ediblər. Bölgəyə maneəsiz humanitar yardımın çatdırılmasını tələb ediblər.

Bununla yanaşı Livan məsələsində də hər iki ölkə yekun həll yoluna yönəlmiş səyləri artırmaq barədə razılığa gəlib. BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam icrasını tələb ediblər. Eyni zamanda, dövlət qulluqçularının xarixindəki silahlı qrupların tərksilah edilməsini və İsrailin bütün Livan ərazisindən çıxmasını istəyiblər.

İran məsələsində hər iki tərəf Tehran hakimiyyətinin nüvə proqramı ilə bağlı danışıqlar yolu ilə həllin vacibliyini vurğulayıb. Onlar İranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı bərpa etməyə çağırıblar.

Suriya mövzusuna da toxunan liderlər ölkənin sabitliyinə və iqtisadi dirçəlişinə sadiq olduqlarını ifadə ediblər. Onlar birgə Səudiyyə Ərəbistanı-Suriya-Fransa İş Şurasının yaradılmasını məmnunluqla qarşılayıblar.

MƏNBƏ:TRT
Araşdırma
İsrail ordu rəsmiləri B.Netanyahunun davam edən müharibələrin başa çatmasını istəmədiyini bildirib
Suriya XİN rəhbəri Ə.H.Şeybani Türkiyəni Suriyanın yenidən qurulmasında əsas tərəfdaş adlandırıb
İran Baş Qərargah rəisi: "Düşmənin təhdidlərinə sərt cavab verəcəyik''
Ermənistanın yeni 5 illik proqramına Bakı və Ankara ilə normallaşma daxil edilib
Məsud Pezeşkian: "Müharibə tərəfdarı deyilik"
İran ordusu Körfez ölkələrinə xəbərdarlıq edib
İranın xarici işlər naziri : "ABŞ ilə əldə edilən razılaşmanın icrasındakı ən böyük maneə İsraildir"
D.Tramp ABŞ-İran danışıqlarına "mane olacağı" təqdirdə Omanı bombalamaqla hədələyib
ABŞ Müdafiə naziri: ''İrana qarşı dəniz blokadası müddətsiz uzadıla bilər''
İran: "Şərtlərimiz qəbul edilənədək Hörmüz boğazı açılmayacaq"
İran XİN rəhbəri Abbas Əraqçi: “Həm müharibədə, həm də diplomatiyada qalib gəldik”
Şimali Koreya Rusiyaya 50 min hərbçi göndərir
''Hizbullah'' rəsmi Beyrutu İsraillə danışıqları dərhal dayandırmağa çağırıb
İran XİN rəhbəri Abbas Ərakçi:"Hazırda ABŞ ilə danışıqlar aparmırıq"
İran Hörmüz boğazının açılması üçün altı şərt irəli sürüb
M.Zaxarova: “NATO və Aİ beynəlxalq terrorizmin bir hissəsinə çevrilib”
İran Hörmüz boğazında sabitliyi bərpa etmək üçün regional əməkdaşlıq çağırışı edib
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilində iki məscidi yandırıblar
İran Xəzər dənizində ticarət gəmisinə edilən hücumda Ukraynanı günahlandırır
K.J.Tokayev V.Putinə Ukrayna müharibəsini "İstanbul Formulu 2.0" çərçivəsində dondurmağı təklif edib