TÜRKİYƏ
2 dəqiqə oxuma
Ö.Bolat:''İtaliya ilə ticarət dövriyyəmiz təxminən 30 milyard dollar səviyyəsindədir''
İstanbulda Türkiyə-İtaliya Biznes Forumunun bağlanış mərasimi keçirilib
Ö.Bolat:''İtaliya ilə ticarət dövriyyəmiz təxminən 30 milyard dollar səviyyəsindədir''
Ö.Bolat:''İtaliya ilə ticarət dövriyyəmiz təxminən 30 milyard dollar səviyyəsindədir''

İstanbulda Türkiyə-İtaliya Biznes Forumunun bağlanış mərasimi keçirilib. Tədbir İtaliyanın Dövlət İxrac-Kredit Agentliyi (SACE), İtaliyanın Ticarət Agentliyi (ICE), İtaliyanın Türkiyədəki səfirliyi və İstanbuldakı Baş Konsulluğunun birgə təşkilatçılığı ilə keçirilib.

Mərasimdə çıxış edən Türkiyənin ticarət naziri Ömər Bolat iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişaf etdiyini bildirib. Nazir yaxın gələcəkdə qarşılıqlı ticarət həcmini 40 milyard dollara çatdırmağı hədəflədiklərini qeyd edib.

Türkiyə və İtaliyanın Aralıq dənizi hövzəsində ən güclü iqtisadi tərəfdaşlardan olduğunu qeyd edən Ömər Bolat cari ticarət dövriyyəsinin 30 milyard dollara yaxınlaşdığını diqqətə çatdırıb. O vurğulayıb ki, İtaliya Almaniyadan sonra Türkiyənin ən mühüm ikinci ticarət tərəfdaşıdır və rəsmi Ankara Avropa İttifaqı (Aİ) ilə apardığı ticarət əməliyyatlarının təxminən yeddidə birini məhz bu ölkə ilə reallaşdırır.

İnvestisiya göstəricilərinə toxunan nazir hazırda Türkiyədə 1600-dən çox İtaliya şirkətinin fəaliyyət göstərdiyini və onların ümumi sərmayəsinin 3,5 milyard dollara çatdığını bildirib. Bu şirkətlər xüsusilə enerji, avtomobil sənayesi, maliyyə, əczaçılıq, maşınqayırma və infrastruktur sahələrində aktiv rol oynayırlar. Eyni zamanda, türk şirkətləri də İtaliyada logistika, avtomobil, səhiyyə, tekstil və otelçilik sektorlarına qoyduqları investisiyaları artırırlar.

Hər iki ölkənin podratçılıq sektorundakı gücünü xatırladan Ömər Bolat üçüncü ölkələrdə birgə iri layihələrin icra olunduğunu qeyd edib. Onun sözlərinə görə, türk podratçıları bu günə qədər dünyanın 138 ölkəsində ümumi dəyəri 562 milyard dollar olan 13 minə yaxın layihəyə imza atıblar. Nazir İtaliyanın maliyyə qurumları və xüsusilə SACE ilə qurulan tərəfdaşlığın yeni müştərək layihələr üçün geniş qapılar açdığını vurğulayıb.

Müdafiə sənayesi sahəsindəki strateji əməkdaşlıqdan bəhs edən ticarət naziri Türkiyə və İtaliya firmalarının ortaq addımlarının Avropanın müdafiə potensialına ciddi töhfə verəcəyini qeyd edib. O bildirib ki, Türkiyənin müdafiə sənayesi ixracatı son 23 ildə 40 dəfə artaraq 10 milyard dolları ötüb.

Nazir Türkiyə ilə Aİ arasındakı Gömrük İttifaqı sazişinin yenilənməsi prosesində İtaliyanın göstərdiyi dəstəyin böyük əhəmiyyət daşıdığını və bu rəsmi dəstək sayəsində iqtisadi tərəfdaşlığın daha da dərinləşəcəyinə inandığını ifadə edib.

Araşdırma
R.T.Ərdoğan bir sıra ölkələrin Türkiyədəki yeni səfirlərinin etimadnamələrini qəbul edib
Dünya Çempionatı ərəfəsində Los-Ancelesdə "Turkish Vibe Zone" turniri start götürür
Hakan Fidan:"Hörmüz boğazı qlobal təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edir''
Konyada NATO-nun hava hücumundan müdafiə sistemi yerləşdiriləcək
Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb
TUSAŞ gənclərin işləmək üçün ən çox üstünlük verdiyi şirkət seçilib
Türkiyənin paytaxtı Ankarada yeni hava limanı istismara verilib
Prezident R.T.Ərdoğan Azərbaycanın 15 İyun-Milli Qurtuluş Günü münasibətilə təbrik mesajı yayımlayıb
Ankara Hava Limanının açılışı bu gün baş tutacaq
Prezident R.T.Ərdoğan Türkiyənin süni intellekt sahəsindəki inkişafı haqqında danışıb
TANAP 2018-ci ildən bəri 99 milyard kubmetrə yaxın təbii qaz nəql edib
130 il sonra Türkiyədə nəsli kəsildiyi zənn edilən Amasiya laləsi yenidən kəşf olundu
Berlində Avro-Atlantik Təhlükəsizliyinin Gələcəyinin Formalaşdırılması mövzusunda iclas  keçirildi
Burhanəddin Duran Türkiyə-Səudiyyə Ərəbistanı əlaqələrini qiymətləndirib
Ərdoğan: "Türkiyə Qırmızı Aypara Cəmiyyəti qlobal humanitar yardım səyləri ilə seçilir"
Türkiyə iki tərəf arasında imzalanan hərbi razılaşmaya sərt cavab verəcəyi barədə xəbərdarlıq edib
R.T.Ərdoğan Türkiyə Qızıl Aypara Cəmiyyətinin 158-ci ildönümü münasibətilə təbrik mesajı yayıb
Prezident Ərdoğan: "İsrailin Suriya və Livanda həyata keçirdiyi hücumlar Türkiyəyə təhlükə yaradır"
Türkiyə COP31 iqlim sammitinə ev sahibliyi müqaviləsini imzalayıb
Hakan Fidan Prezident Ərdoğanı Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi sammitində təmsil edəcək