İranın dövlət yayım qurumu IRIB İran Prezidenti Məsud Pezeşkianın Qaz İxrac Edən Ölkələr Forumunun səkkizinci sammitində iştirak etmək üçün Rusiyaya çatdığını bildirib.
Xəbərdə Pezeşkianın liderlərin toplantısında çıxış etməsinin nəzərdə tutulduğu qeyd edilib.
İran Prezidentinin bir gün davam edəcək səfəri zamanı digər iştirakçı ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirməsi də gözlənilir.
İranın xarici işlər naziri Abbas Əraqçi oktyabrın 23-də verdiyi açıqlamada Pezeşkian ilə Rusiya Prezidenti Vladimir Putinin bu həftə Moskvada bir araya gələcəklərini bəyan etmişdi.
İraqçi "Instagram" hesabında etdiyi paylaşımda sözügedən görüşün Rusiya xarici işlər naziri Sergey Lavrovun 19 oktyabrda Tehrana reallaşdırdığı səfər zamanı aparılan danışıqların davamı xarakteri daşıyacağını qeyd edib.
Görüşlərdə ikitərəfli əməkdaşlıqla yanaşı, regional və beynəlxalq hadisələrin müzakirə edilməsi gözlənilir.
Qaz İxrac Edən Ölkələr Forumu İran, Rusiya, Qətər və Əlcəzair kimi böyük təbii qaz istehsalçısı olan ölkələri bir araya gətirən hökumətlərarası bir təşkilatdır.
Səfər ABŞ-nin İrana qarşı yenidən hərbi əməliyyat keçirmək ehtimalının gündəmə gəldiyi bir dövrdə baş tutur.
ABŞ Prezidenti Tramp oktyabrın 23-də verdiyi açıqlamada Vaşinqtonun "başqa bir kiçik 'Epik Qəzəb' (Epic Fury) addımı" ata biləcəyini ifadə edib.
Trampın bu sözləri Tehranın Vaşinqton ilə razılığa gəlməsi istiqamətində təzyiqlərə məruz qaldığı bir prosesdə yeni hücum ehtimallarını gündəmə gətirib.






















