DÜNYA
2 dəqiqə oxuma
"Həmas": “Silahları təhvil verməyə razılıq verdiyimiz barədə iddialar əsassızdır”
Bu barədə ''Həmas''ın rəsmisi Mahmud Mərdavi məlumat verib
"Həmas": “Silahları təhvil verməyə razılıq verdiyimiz barədə iddialar əsassızdır”
"Həmas": “Silahları təhvil verməyə razılıq verdiyimiz barədə iddialar əsassızdır”
6 oktyabr 2025

Fələstinin müqavimət hərəkatı "Həmas" ABŞ prezidenti Donald Trampın Qəzza planı çərçivəsində silahlarını təhvil verməyə razılaşdıqları barədə yayılan xəbərləri təkzib edib.

Daha əvvəl bəzi media orqanlarında yayılan məlumatlarda "Həmas"ın silahlarını beynəlxalq nəzarət altında fəaliyyət göstərən Fələstin-Misir komitəsinə təhvil verməyə razılaşdığı iddia olunmuşdu.

"Həmas"ın yüksək vəzifəli üzvü Mahmud Mərdavi yayılan bu xəbərlərin əsassız olduğunu bildirib.
“Biz atəşkəs danışıqlarının gedişi və 'Həmas'ın silahların təhvil verilməsi barədə bəzi media orqanlarında yayılan uydurma iddiaları qəti şəkildə rədd edirik,” – deyə Mahmud Mərdavi qeyd edib.

Mərdavi yayılan məlumatların "Həmas"ın mövqeyini təhrif etmək və ictimaiyyəti çaşdırmaq məqsədi daşıdığını vurğulayıb.

O, media qurumlarını məlumatları dəqiqləşdirməyə, yalnız etibarlı mənbələrə istinad etməyə çağırıb və jurnalistlərə təsdiqlənməmiş iddialara əsaslanmamağı tövsiyə edib.

Bu gün Misir Trampın Qəzza planı çərçivəsində əsir mübadiləsi sazişinin detalları üzrə danışıqları davam etdirmək üçün "Həmas" və İsrail nümayəndə heyətlərini qəbul edəcək.

Xatırladaq ki, sentyabrın 29-da ABŞ prezidenti Donald Tramp 20 bənddən ibarət olan və İsrail ilə fələstinli əsirlərin azad edilməsi, atəşkəsin əldə olunması, "Həmas"ın tərksilahı və Qəzzanın yenidən qurulmasını əhatə edən planı təqdim etmişdi.

"Həmas" bu planı prinsipcə qəbul etdiyini bildirib və növbəti danışıqların Misirdə keçirilməsi planlaşdırılır.

İsrail bu günə qədər əksəriyyəti qadın və uşaq olmaqla, 67 mindən çox fələstinlini qətlə yetirib. Qəzza zolağının böyük hissəsini xarabalığa çevirən İsrail, demək olar ki, bütün əhalini didərgin salıb.

Araşdırma
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb
İordan çayının qərb sahilində iki fələstinli gənc güllələnib
Əfqanıstan Səhiyyə Nazirliyi:''Zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb''