TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə Çin vətəndaşları üçün viza rejimini ləğv etdi
Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan sərəncama əsasən, Türkiye 90 günədək müddətə səfər etmək istəyən Çin vətəndaşları üçün 2026-cı il yanvarın 2-dən etibarən viza tələbi ləğv edilir
Türkiyə Çin vətəndaşları üçün viza rejimini ləğv etdi
Türkiyə Çin vətəndaşları üçün viza rejimini ləğv etdi / Reuters

Türkiyə Çin vətəndaşları üçün viza rejimini ləğv etdi. "Rəsmi Qəzet"də dərc olunan prezident sərəncamına əsasən, Türkiyə ümumvətəndaş pasportuna malik olan Çin vətəndaşlarına rəsmi olaraq vizasız səyahət hüququ verib.

Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan sərəncama əsasən, Türkiyəyə 90 günədək müddətə səfər etmək istəyən Çin vətəndaşları üçün 2026-cı il yanvarın 2-dən etibarən viza rejimi ləğv edilir.

Bu qərar iki ölkə arasında turizm və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Türkiyənin rəsmi statistika məlumatlarına görə, 2024-cü ildə ölkəyə təxminən 410.000 çinli turist səyahət edib, bu da əvvəlki illə müqayisədə 65,1 faiz artım deməkdir.

Çinin Ankaradakı səfiri Jianq Xuebin Yeni il münasibətilə etdiyi paylaşımda viza rejimi ilə bağlı qərardan məmnunluğunu ifadə edib. Səfir deyib: ‘‘Ürəkdən inanıram ki, bu mühüm addım insanlar arasındakı qarşılıqlı əlaqəni daha da gücləndirəcək və iki ölkə arasındakı uzunmüddətli dostluğu dərinləşdirəcək’’.

Səfir Jianq Xuebin Türkiyənin qədim sivilizasiyalarına və təbii gözəlliklərinə heyranlığını bildirərək, ölkələr arasında mədəniyyət və turizm əlaqələrinin getdikcə gücləndiyini vurğulayıb.

Rəsmilər vizasız rejimin çinli turistlərin sayını daha da artıracağını, yerli iqtisadiyyata əhəmiyyətli töhfə verəcəyini və ikitərəfli münasibətləri möhkəmləndirəcəyini gözləyirlər.

.

Araşdırma
ASELSAN ilə Müdafiə Sənayesi İdarəsi arasında 2,46 milyard avro dəyərində müqavilə imzalanıb
Prezident R.T.Ərdoğan TEKNOFEST tədbirində iştirak edib
Türkiyə ilə Fransa arasında müdafiə əməkdaşlığı sahəsində mühüm addım
Türkiyə husilərin Mədinədəki mədəni infrastruktura hücumunu qınayıb
Ərdoğan: ""Terrorsuz Türkiyə" səyləri Türkiyənin düşmənlərinə qarşı çəkindirici təsir göstərdi"
"Aİ-Türkiyə əlaqələri təkcə Ankara və Brüsseldən ibarət deyil", A.Orav
Türkiyə kəşfiyyatı Reyhanlı terror aktını törədəni saxlayıb
Milli Təhlükəsizlik Şurasının iclası ilə bağlı bəyanat yayılıb
Hakan Fidan Hendrik Vüst ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib
BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Hakan Fidanı qəbul edib
R.T. Ərdoğan Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Baş naziri Hendrik Vüstü qəbul edib
Rəcəb Tayyib Ərdoğan indoneziyalı həmkarı Prabovo Subianto ilə telefon əlaqəsi saxlayıb
Göygöldə Türkiyə, Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası keçirilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib
Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedir
B.Duran türk dilinin böyük bir mədəniyyət irsi daşıdığını bildirib
Prezident R.T.Ərdoğan 26 sentyabr Türk Dili Günü münasibətilə təbrik mesajı yayımlayıb
Prezident R.T.Ərdoğan “Newsweek” jurnalına müsahibə verib
Səudiyyə Ərəbistanı Hərbi Dəniz Qüvvələrinin kursantları "Baykar" şirkətində təlimləri başa vurublar