DÜNYA
1 dəqiqə oxuma
Suriyada qaz boru kəmərində partlayış baş verib
İlkin araşdırmalar hadisənin təxribat nəticəsində törədildiyini göstərir
Suriyada qaz boru kəmərində partlayış baş verib
(ARXİV) Suriyada qaz boru kəmərində partlayış baş verib.

Suriya Milli Neft Şirkəti (SPC) "Cebse" (Jebseh) qaz emalı zavodunu xammalla təmin edən ana boru kəmərində partlayış baş verdiyini bəyan edib.

İlkin araşdırmalar hadisənin təxribat nəticəsində törədildiyini göstərir.

SPC-nin açıqlamasında bildirilir ki, insident avqustun 18-də səhər radələrində qeydə alınıb. Partlayış nəticəsində kəmərlə qazın nəqli dərhal dayandırılıb, yataqlardakı quyular təcrid olunub, təhlükəsizlik kranlar bağlanaraq ərazi tam nəzarətə götürülüb.

Hadisədən dərhal sonra qəza-bərpa briqadaları əraziyə cəlb olunub. Təmir işləri fasiləsiz olaraq növbəli rejimdə davam etdirilir.

Məlumatda vurğulanıb ki, qaz axınının kəsilməsi bəzi istilik elektrik stansiyalarında turbinlərin yanacaq təchizatında problemlərə səbəb olub. Yaranmış enerji çatışmazlığını aradan qaldırmaq və alternativ mənbələrdən istifadə etmək məqsədilə Suriya Elektrik Şirkəti ilə koordinasiyalı iş aparılır.

İnsident zamanı xəsarət alanların olmadığı bildirilir. Kəmərin fəaliyyəti tam bərpa olunana qədər işlər davam etdiriləcək. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları ilə birgə təhqiqat başladılıb, təxribatı törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.