TÜRKİYƏ
3 dəqiqə oxuma
H.Fidan qlobal böhranla bağlı rəsmi Ankaranın mövqeyini açıqladı
Türkiyə XİN rəhbəri rəsmi Ankaranın diplomatik təşəbbüslərlə sülh və sabitlik qurmağa hazır olduğunu deyib
H.Fidan qlobal böhranla bağlı rəsmi Ankaranın mövqeyini açıqladı
Nazir H.Fidan qlobal böhranla bağlı rəsmi Ankaranın mövqeyini açıqladı / AA

Dekabrın 15-də Ankarada keçirilən 16-cı Səfirlər Konfransının açılışında çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan hazırkı qlobal mexanizmlərin iflic vəziyyətinə düşdüyünü və böhranları həll etmək imkanlarını itirdiyini deyib.

Hakan Fidan bildirib ki, beynəlxalq sistemin getdikcə funksiyasını itirdiyi bir mərhələdə Türkiyə sülhü, sabitliyi və rifahı öz diplomatik bacarığı vasitəsilə qurmaq təşəbbüsünü üzərinə götürməlidir. Nazir vurğulayıb ki, rəsmi Ankara çoxşaxəli xarici siyasətə malikdir və bu onun böhranlara təkcə reaksiya verən deyil, mövcud nizamı formalaşdırmaq qabiliyyətinə malik regional və qlobal aktor kimi rolunu gücləndirib.

Nazir H.Fidan qeyd edib ki, başqalarının yaratdığı anlayışlar və çəkdiyi çərçivələr daxilində siyasətin formalaşdırıldığı dövr artıq başa çatıb.

“Beynəlxalq sistemin tıxandığı, həll mexanizmlərinin iflic olduğu bir şəraitdə sülhü, sabitliyi və rifahı öz diplomatik vasitələrimizlə birbaşa inşa etməliyik”, - deyə nazir bildirib.

Qlobal mənzərənin getdikcə daha proqnozlaşdırılmaz hala gəldiyinə diqqət çəkən Hakan Fidan diplomatların rolunun hər zamankından daha həyati əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, diplomatlar keyfiyyətli məlumatı səhv informasiyadan ayırmaq, beynəlxalq arenalarda deyilənlərlə yanaşı, əslində nə nəzərdə tutulduğunu anlamaq məsuliyyətini daşıyırlar.

Hakan Fidan deyib: “Biz regionunda təhlükəsizlik və rifah yaradan, regional və qlobal səviyyədə nizamı formalaşdıran rolunu gücləndirən, beynəlxalq ticarətdə bazar payını və rəqabət qabiliyyətini artıran, beynəlxalq sistemə özünəməxsus siyasi və mədəni töhfələr verə bilən nüfuzlu və lider Türkiyə inşa edirik.”

 

Türkiyənin çoxşaxəli diplomatiyası

Nazir çıxışında Türkiyənin Qəzza, Rusiya–Ukrayna müharibəsi və Suriya da daxil olmaqla əsas regional və qlobal məsələlərdə apardığı diplomatik səylərə də toxunub.

Hakan Fidan bildirib ki, Türkiyə prinsipial mövqeyi ilə Qəzzada atəşkəsin təmin olunması istiqamətində iki dövlətli həll yolunu müdafiə edir. “İki dövlətli həll yolunun bu gün artıq Qərb paytaxtlarında belə qəbul olunmağa başlaması böyük ölçüdə diplomatiyamızın israrlı və prinsipial mövqeyinin nəticəsidir”, - deyə nazir əlavə edib.

Davam edən Rusiya–Ukrayna müharibəsi ilə bağlı H.Fidan qeyd edib ki, Türkiyə diplomatik yollarla ədalətli sülhün əldə olunması üçün ardıcıl şəkildə səy göstərir və İstanbul hələ də tərəflərin texniki səviyyədə bir araya gələ bildiyi yeganə platforma olaraq qalır.

Nazir H.Fidan deyib: “Döyüşlərin ilk günündən etibarən prinsipial olaraq müharibənin qalibinin olmadığını, ədalətli sülhün isə məğlubu olmayacağını bildirdik. Bu inamla müharibəni danışıqlar masasında başa çatdırmaq üçün ən intensiv səyi göstərən ölkə biz olduq.”

Suriya məsələsinə toxunan Hakan Fidan qəliz siyasi və iqtisadi xərclərə baxmayaraq, insan ləyaqətini ön planda tutmaqla Türkiyənin “tarixin doğru tərəfində” yer aldığını bildirib. O vurğulayıb ki, rəsmi Ankara sabit və xarici müdaxilələrdən azad bir Suriyanı dəstəkləməyə davam edəcək.

“Xarici müdaxilələrdən uzaq, sabit bir Suriyanın regionumuz üçün böyük əlavə üstünlük yaradacağına inanırıq. Türkiyə dost və qardaş Suriya xalqının yanında qətiyyətlə dayanmaqda davam edəcək”, - deyə nazir qeyd edib.

Hakan Fidan həmçinin qlobal idarəetmə sistemində, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında islahatlara ehtiyac olduğunu vurğulayıb və orijinal, yaradıcı həll yolları təqdim edə bilən ölkələrin mövcud sistem tıxanıqlıqlarını aşmaqda önə çıxacağını bildirib.

MƏNBƏ:TRT
Araşdırma
Türkiyə qlobal investisiyaları cəlb etmək üçün geniş islahatlar həyata keçirir
B.Duran: ''Beynəlxalq nizam misli görünməmiş legitimlik böhranı ilə üz-üzədir''
Ərdoğanla Tramp arasında telefon danışığı olub
H.Fidan ABŞ–İran danışıqlarını iranlı və pakistanlı həmkarları ilə müzakirə edib
Prezident R.T.Ərdoğan Çanaqqala döyüşlərinin 111-ci ildönümü münasibəti ilə paylaşım edib
Prezident R.T.Ərdoğan: “Türkiyə təhlükəsizlik böhranlarını uğurla idarə edir”
H.Fidan Aİ Komissiyası sədrinin Türkiyə ilə bağlı açıqlamalarını qınadı
7-ci Beynəlxalq Yelkənli Qayıq Yarışlarının ilk mərhələsinə İstanbul boğazından start verilib
Rəcəb Tayyib Ərdoğan və Frank-Volter Ştaynmayer arasında telefon danışığı olub
Rəcəb Tayyib Ərdoğan Mark Rutte ilə görüşüb
Əbdülkadir Uraloğlu yanacaq qiymətlərindəki artımla bağlı açıqlama verib
NATO-nun Baş Katibi Türkiyənin müdafiə sənayesində həyata keçirdiyi inqilabını tərifləyib
Xarici işlər naziri Hakan Fidan aprelin 23-də İngiltərəyə iki günlük rəsmi səfər edəcək
ŞKTR-nin Prezidenti xarici siyasətdə Türkiyə ilə koordinasiya şəraitində olduqlarını bildirib
Türkiyənin birinci xanımı Antalya Diplomatiya Forumunda Fələstinə həsr olunmuş paneldə iştirak edib
B.Duran və H.Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
H.Fidan: “İsrail təhlükəsizlik məsləsini bəhanə kimi istifadə edir”
Prezident R.T.Ərdoğan Antalya Diplomatiya Forumu çərçivəsində Prezident İ.Əliyevlə görüşüb
Türkiyə XİN rəhbəri H.Fidan Yaxın Şərqdə davamlı sülhə çağırış etdi
Türkiyə və Somali Prezidentləri ikitərəfli münasibətləri müzakirə ediblər