SİYASƏT
2 dəqiqə oxuma
Nepal və Çin ''Bir Kəmər, bir Yol'' tәşәbbüsü üzrə çərçivə sazişi imzalayıblar
Rəsmi Katmandu və Pekin “Bir kəmər, bir yol” təşəbbüsü üzrә ilk sazişi imzalayıb.
00:00
Nepal və Çin ''Bir Kəmər, bir Yol'' tәşәbbüsü üzrə çərçivə sazişi imzalayıblar
Сазишin imzalanması onu göstərir ki, hər iki ölkə indi layihələrin təfərrüatları ilə irəli gedəcək. / AP

Rəsmi Nepal Çinlə “Bir kəmər, bir yol'' təşəbbüsü üzrə çərçivə sazişi imzalayıb. Nepal Xarici İşlər Nazirliyinin çərşənbə günü verdiyi açıqlamaya görə 7 il əvvəl imzalanan ilk sazişdən sonra heç bir irəliləyiş əldə olunmayıb. Yeni müqavilə isə layihələr üzrə əməkdaşlığın başlanmasına imkan yaradacaq.

İyul ayında vəzifəsinin icrasına başlayan Baş nazir K.P. Şarma Oli  ilk xarici səfərini Pekinə edib. O, ənənəni pozaraq ilk rəsmi səfərini Yeni Dehliyə deyil, Pekinə həyata keçirib.

Nepal və Çin 2017-ci ildə Çinin infrastrukturunu və dünya ilə ticarət əlaqələrini inkişaf etdirmək məqsədilə “Bir kəmər, bir yol” təşəbbüsü üzrə ilkin sazişi imzalayıb. Lakin son 7 ildə əməkdaşlıq üçün lazımi çərçivə müəyyən edilmədiyi və Nepalın siyasi partiyaları arasında konsensus əldə edilmədiyi üçün heç bir layihə başlamayıb.

Borcla bağlı narahatlıqlar

Yeni sazişin imzalanması hər iki ölkənin layihələrin detalları üzrə irəliləyiş əldə edəcəyini, yolların təkmilləşdiriləcəyini, nəqliyyat dəhlizlərinin müəyyən ediləcəyini və maliyyələşdirmə məsələlərinin həll olunacağını göstərir.

Lakin borcla bağlı narahatlıqlar koalisiya hökumətində müzakirələrə səbəb olub. Baş nazirin əsas dəstəkçisi olan Nepal Konqres Partiyası hər hansı layihənin kreditlə maliyyələşdirilməsinə qarşıdır.

Nepal Xarici İşlər Nazirliyinin rəsmi "X" internet səhifəsində edilən paylaşımda “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yeni sazişin imzalandığı bildirilib. Məsələnin təfərrüatları barədə isə açıqlama verilməyib.

Çin Katmandudan təxminən 125 km qərbdə, Nepalın ikinci ən böyük şəhəri Pokharada beynəlxalq hava limanının tikintisi üçün Nepala 216 milyon dollar kredit verib. Hava limanı ötən il istifadəyə verilib. Lakin rәsmi Hindistanın bu hava limanına uçan təyyarələrin öz hava məkanına daxil olmasına icazəsi vermir.

MƏNBƏ:TRT Global
Araşdırma
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub
Donald Tramp Ukrayna müharibəsinin tezliklə sona çatacağına ümid etdiyini bildirib
NATO və Aİ liderləri mühüm bəyanatlarla çıxış etdilər
D.Tramp:"Prezident R.T.Ərdoğanla F-35 məsələsini müzakirə edəcəyik"
Rusiya:''Ankarada keçirilən NATO sammitini yaxından izləyirik''
Hakan Fidan:"Türkiyə Avropanın müdafiəsində əvəzolunmaz rola malikdir"
H.Fidan:''Ərdoğan və Tramp arasındakı yaxın münasibətlər NATO daxilindəki gərginliyi azalda bilər''
Almaniya:''Avropa kollektiv müdafiədə ciddi olduğunu NATO sammitində göstərəcək''
ABŞ Prezidenti Donald Tramp iyulun 7-də Türkiyəyə rəsmi səfər edəcək
Donald Tramp:''İranla aparılan danışıqlarda irəliləyiş əldə olunub''
Rusiya: "Ukraynaya qarşı təzyiqləri artırmağa davam edəcəyik"
C.D.Vens:''D.Tramp ciddi səbəb olmadığı təqdirdə ordunu İrana göndərmək niyyətində deyil''
Ermənistan rəhbərliyi İsrailin 1915-ci il hadisələrini “siyasi alətə çevirməsinə” qarşı çıxıb
İordan çayının qərb sahilində yeni məskunlaşma planı hazırlandığı iddia edilib
Tramp İranla görüşün Qətərdə keçiriləcəyini bildirsə də, İran birbaşa danışıqları rədd edir
İran D.Trampın danışıqlar barədə bəyanatını təkzib etdi
ABŞ və İran arasında əldə olunmuş razılaşma pozuldumu?
ABŞ İsrail və Livan arasında əldə olunmuş sülh sazişinin təfərrüatlarını açıqlayıb
Qazaxıstan Ukraynanın Rusiyadakı zavoda törətdiyi PUA hücumundan sonra qaz hasilatını azaldıb