DÜNYA
1 dəqiqə oxuma
Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb
Rusiya Müdafiə Nazirliyi Kiyev və Odessa vilayətlərindəki logistika, rabitə mərkəzlərinə, eləcə də yük gəmisinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirildiyini açıqlayıb
Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb
Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb

Rusiya Müdafiə Nazirliyi Kiyev və Odessa vilayətlərindəki logistika, rabitə mərkəzlərinə, eləcə də yük gəmisinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirildiyini açıqlayıb.

Nazirlikdən bildirilib ki, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün istifadə olunan logistika, rabitə qovşaqları və dəniz gəmilərinə qarşı hücumlarını davam etdirir.

Bəyanata əsasən, gecə saatlarında həyata keçirilən PUA hücumlar zamanı Kiyevdəki "Renta Logistic" şirkətinə məxsus nəqliyyat-logistika mərkəzi hədəf alınıb.

Qeyd olunub ki, həmin anbarın daxilində pilotsuz dəniz vasitələrinin istehsal olunduğu emalatxana yerləşib.

Odessada isə Ukrayna ordusunun kəşfiyyat və digər xidməti məlumatlarının emal edildiyi "Hosting-ua" məlumat mərkəzinə zərbə endirilib. Bundan əlavə, Odessanın Çernomorsk limanında Ukrayna hərbçiləri üçün hərbi texnika daşıyan bir gəminin də hədəf alındığı bildirilib.