TÜRKİYƏ
1 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan ilə E.Makron arasında telefon danışığı baş tutub
Tərəflər İran, Livan və Qəzza məsələlərini müzakirə ediblər
Prezident R.T.Ərdoğan ilə E.Makron arasında telefon danışığı baş tutub
Prezident R.T.Ərdoğan ilə E.Makron arasında telefon danışığı baş tutub / Reuters

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında aprelin 11-də telefon danışığı baş tutub. Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən məlumat verilib. Bildirilir ki, tərəflər ölkələr arasındakı münasibətləri, regional və qlobal inkişafları müzakirə ediblər.

Məlumata əsasən, ölkə başçısı R.T.Ərdoğan xüsusilə müdafiə sənayesi başda olmaqla bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin hər iki ölkə üçün faydalı olacağını bildirib.

Prezident R.T.Ərdoğan qeyd edib ki, İrana qarşı hücumlarla başlayan proses qlobal mühitə mənfi təsir göstərib. Onun sözlərinə görə, Türkiyə və digər ölkələrin dəstəklədiyi diplomatik səylər atəşkəsin əldə olunmasında mühüm rol oynayıb.

Atəşkəsin qorunmasının vacibliyini vurğulayan R.T.Ərdoğan, xüsusilə Livana yönəlmiş hücumlar fonunda “atəşkəs prosesini pozacaq” addımlara yol verilməməsi ilə bağlı fikir bildirib.

Dövlət başçısı R.T.Ərdoğan qeyd edib ki, rəsmi Ankara sabitliyin qorunmasına yönəlmiş səylərə töhfə verməyə davam edəcək.

Prezident R.T.Ərdoğan həmçinin Qəzza üzrə sülh planının ikinci mərhələsinin başlanmasının vacibliyinə diqqət çəkərək əldə olunan irəliləyişin əldən buraxılmaması gərəkdiyini vurğulayıb.

Liderlər eyni zamanda Hörmüz boğazında azad gəmiçiliyin beynəlxalq hüquq əsasında təmin olunması, Suriyadakı vəziyyət, Qafqazda sülhə dəstək və Ukrayna ilə Rusiya arasında davamlı sülh üçün danışıqların yenidən canlandırılması istiqamətində səyləri də müzakirə ediblər.

MƏNBƏ:TRT
Araşdırma
Türkiyə İsrailin Suriyadakı pozuntularına reaksiya verib
ASELSAN ilə Müdafiə Sənayesi İdarəsi arasında 2,46 milyard avro dəyərində müqavilə imzalanıb
Prezident R.T.Ərdoğan TEKNOFEST tədbirində iştirak edib
Türkiyə ilə Fransa arasında müdafiə əməkdaşlığı sahəsində mühüm addım
Türkiyə husilərin Mədinədəki mədəni infrastruktura hücumunu qınayıb
Ərdoğan: ""Terrorsuz Türkiyə" səyləri Türkiyənin düşmənlərinə qarşı çəkindirici təsir göstərdi"
"Aİ-Türkiyə əlaqələri təkcə Ankara və Brüsseldən ibarət deyil", A.Orav
Türkiyə kəşfiyyatı Reyhanlı terror aktını törədəni saxlayıb
Milli Təhlükəsizlik Şurasının iclası ilə bağlı bəyanat yayılıb
Hakan Fidan Hendrik Vüst ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib
BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Hakan Fidanı qəbul edib
R.T. Ərdoğan Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Baş naziri Hendrik Vüstü qəbul edib
Rəcəb Tayyib Ərdoğan indoneziyalı həmkarı Prabovo Subianto ilə telefon əlaqəsi saxlayıb
Göygöldə Türkiyə, Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası keçirilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib
Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedir
B.Duran türk dilinin böyük bir mədəniyyət irsi daşıdığını bildirib
Prezident R.T.Ərdoğan 26 sentyabr Türk Dili Günü münasibətilə təbrik mesajı yayımlayıb
Prezident R.T.Ərdoğan “Newsweek” jurnalına müsahibə verib