SİYASƏT
1 dəqiqə oxuma
R.T.Ərdoğan regional liderlərlə İran və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp və regional liderlərlə telekonfrans vasitəsilə görüşüb
R.T.Ərdoğan regional liderlərlə İran və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
R.T.Ərdoğan regional liderlərlə İran və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib / AP

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp və regional liderlərlə telekonfrans vasitəsilə görüşüb. Görüşdə İran və Yaxın Şərqdəki son hadisələr müzakirə olunub.

Görüş Donald Trampın iki ölkə arasındakı müharibəyə son qoymaq üçün İranla tarixi bir razılaşmanın əsasən əldə olunduğunu və hazırda sənədin yekunlaşdırılma mərhələsində olduğunu açıqlamasından sonra baş tutub.

Müzakirələr zamanı Prezident Ərdoğan qeyd edib ki, İranla Hörmüz boğazından sərbəst keçidi təmin edəcək istənilən razılaşma bölgədə sabitliyi bərpa edəcək. Dövlət başçısı rəsmi Ankaranın bu potensial sazişin icrası üçün Tehrana dəstək verməyə hazır olduğunu bir daha vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp rəsmi internet səhifəsində verdiyi bəyanatda sözügedən tarixi razılaşmanın ABŞ, İran və regionun digər ölkələrini əhatə etdiyini bildirib. D.Tramp razılaşmanın son təfərrüatlarının hazırda nəzərdən keçirildiyini, tezliklə ictimaiyyətə açıqlanacağını və bu çərçivə sazişinin münaqişələrə birdəfəlik son qoymağı hədəflədiyini qeyd edib.