TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin R.T.Ərdoğan haqqındakı bəyanatına kəskin reaksiya verib
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan bəyanatına etiraz edib
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin R.T.Ərdoğan haqqındakı bəyanatına kəskin reaksiya verib
Türkiyə Xarici İşlər Nazirliyi

Türkiyə Xarici İşlər Nazirliyi İsrail Xarici İşlər Nazirliyinin Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan bəyanatına kəskin reaksiya verib.

Nazirliyin yaydığı bəyanatda deyilir:

"İsrail Xarici İşlər Nazirliyinin mövqeyində möhtərəm Prezidentimizi hədəf alan yalan və böhtanlar yer alıb. Bu ifadələr B.Netanyahu başda olmaqla, İsrail hökumətində təmsil olunan cinayətkarların qorxaq və çürümüş təfəkkürünü əks etdirir.

Netanyahu və onun cinayət şəbəkəsi Qəzzada soyqırım törədərək bütün İsrail xalqına tarixi bir rüsvayçılıq yaşadıb. Onlar, eyni zamanda, müasir Yaxın Şərq tarixində görünməmiş bir işğal siyasəti aparırlar. Buna görə də, həmin qüvvələr regionda və dünyada sabitsizliyin başlıca səbəbkarlarıdır. Artıq bu şəxslərin malik olduğu toxunulmazlıq həm hüquqi, həm də siyasi baxımdan aradan qalxır.

İsrail qurumları Qebbelsin təbliğat aparatına oxşar şəkildə fəaliyyət göstərir. Lakin onların bu cəhdləri artıq nəticə vermir. Beynəlxalq ictimaiyyət B.Netanyahunun rəhbərlik etdiyi hökumətin yalanlarına inanmır.

Türkiyə möhtərəm Prezidentimiz R.T.Ərdoğanın liderliyi ilə B.Netanyahu dövründə törədilən cinayətlərə qarşı hər zaman dürüst və qətiyyətli mövqe nümayiş etdirib. Ölkəmiz bundan sonra da həqiqətləri müdafiə etməyə və onları dilə gətirməyə davam edəcək".

MƏNBƏ:TRT
Araşdırma
Prezident Ərdoğan TDT-nin Baş katibi Ömüralıyevi qəbul edib
7 ölkənin xarici işlər nazirləri İstanbulda görüş keçirəcəklər
İstanbul Hava Limanı "ən yaxşı bağlantı təmin edən hava limanı" mükafatına layiq görüldü
Kanada Baş naziri Mark Karni Türkiyəyə səfər edəcək
Rəcəb Tayyib Ərdoğan və Rumen Radev arasında telefon danışığı olub
Türkiyə və Azərbaycan prezidentləri ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər
Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında hərbi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
R.T. Ərdoğan Suriya kəşfiyyatını və MİT əməkdaşlarını təbrik edib
M.Çiftçi Brüsseldə keçirilən Türkiyə-Belçika nazirlərinin 4-cü toplantısı haqqında danışıb
"TRT World Forum-2026" noyabrın 6-7-də İstanbulda təşkil olunacaq
Hakan Fidan NATO baş katibi Mark Rutte ilə görüşüb
İstanbul Hava Limanı "dünyanın ən yaxşısı" seçilib
Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə sənayesi sazişi imzalayacaqlar
Xarici işlər naziri Hakan Fidan səudiyyəli həmkarı ilə görüşüb
Prezident Ərdoğan: "Ölkəmizi ətrafımızdakı münaqişələrdən uzaq saxladıq"
Türkiyə Dəyanət Vəqfi Kərkükdə ehtiyac sahibi yetimlərə geyim və məktəb ləvazimatı dəstəyi göstərib
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Türkiyə dövləti H.Fidan haqqındakı iddiaları təkzib etdi
Türkiyə Kanadadakı hərbi bazada baş verən partlayışla bağlı bu ölkəyə başsağlığı verdi
Rəcəb Tayyib Ərdoğan: "Bu gün enerji sahəsində yeni bir səhifə açırıq"