Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının TBMM-dəki qrup iclasında çıxış edib.
Dövlət başçısı İsrailin ciddi təxribatlarına baxmayaraq, Suriyada sülh, əmin-amanlıq və sabitliyin yenidən bərqərar olmağa başladığını bildirib. O, Türkiyənin lazımi hər mərhələdə Suriyanın yanında olduğunu və Suriya xalqının dincliyi üçün üzərinə düşən məsuliyyəti yerinə yetirdiyini vurğulayıb.
Banyas və Reyhanlı qətliamlarına görə məsuliyyət daşıyan terrorçunun saxlanılması ilə bağlı məsələyə toxunan R.T. Ərdoğan uşaqları öldürənlərin və Türkiyəni təhdid edənlərin hara qaçmalarından asılı olmayaraq tək-tək müəyyən edilərək zərərsizləşdirildiyini qeyd edib.
Prezident R.T. Ərdoğan sözügedən əməliyyatı uğurla həyata keçirən Suriya kəşfiyyatını və Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşlarını təbrik edib.























