SİYASƏT
2 dəqiqə oxuma
İsrailin tarixində ən böyük yanğınlar
İsrail alovun qarşısını almaq üçün beynəlxalq yardım istədi
İsrailin tarixində ən böyük yanğınlar
TV footage showed fires burning along the main Route 1 Jerusalem to Tel Aviv highway and people abandoning cars and running away from the flames. / Reuters
1 may 2025

  İsrail səlahiyyətliləri yüksək temperaturun səbəb olduğu meşə yanğınları səbəbindən bir neçə şəhəri boşaltdıqları və ölkənin mərkəzindəki əsas magistral yolu bağladıqları üçün təxminən 20 nəfərin tüstüdən zəhərləndiyini bildirib. Rəsmi Təl-Əviv sürətlə yayılan alovun qarşısını almaq üçün beynəlxalq yardım istəyib.

  İsrailin “Kanal 12” televiziyası bildirib ki, yanğınlar 2010-cu ildəki dağıdıcı Karmel dağındakı meşə yanğınlarının həcmini üstələyib.

  Assaf Harofeh xəstəxanası 10 nəfərin müalicə üçün qəbul edildiyini təsdiqləyib. KAN daha əvvəl yanğınlarda 12 nəfərin xəsarət aldığını bildirmişdi.

  Yəhudi Milli Fondunun hesablamalarına görə, hazırda Qərbi Qüds təpələrində baş verən meşə yanğınları təxminən 2891 hektar meşə sahəsini məhv edib.

  Yanğınsöndürmə və Xilasetmə Xidmətindən verilən açıqlamada bir çox bölgələrdə icmaların təxliyə edildiyi bildirilib. Havanın temperaturunun yüksəlməsi və güclü külək səbəbindən bir çox ərazilərdə meşə yanğınları baş verdiyi üçün təxliyələr həyata keçirilib. Alovun söndürülməsinə 111 yanğınsöndürmə qrupu və 11 təyyarə cəlb olunub.

  KAN həmçinin Qərbi Qüdslə Təl-Əviv arasında yerləşən Eştaol meşəsində güclü yanğının baş verdiyini bildirib. Səlahiyyətlilər yanğınlarla əlaqədar daha çox icmanın təxliyəsi üçün göstəriş verib.

  Yanğın və Xilasetmə Xidməti yanğınlarla əlaqədar xəbərdarlığı ən yüksək səviyyəyə qaldırıb və Qərbi Qüdslə Təl-Əviv arasında alovların söndürülməsi üçün beynəlxalq yardım istəyib. Səlahiyyətlilər ehtiyat tədbiri olaraq iki şəhər arasındakı əsas magistral yolu bağlayıb.

  İsrail yanğınları söndürmək üçün Yunanıstan, Xorvatiya, İtaliya və Cənubi Kiprdən yanğınsöndürmə təyyarələri tələb edib. “Kanal 7” xarici hərbi yanğınsöndürmə təyyarələrinin lazım gələrsə, hava bazalarında yerləşdirilə biləcəyi məlumatını verib.

  Yanğınlar səbəbindən bəzi qatarların hərəkəti dayandırılıb. İsrailin nəqliyyat naziri Miri Regev yanğınlar nəticəsində elektrik şəbəkəsinə ziyan dəyəcəyi təqdirdə dizel qatarlarını işə salmaq barədə müvafiq orqanlara göstəriş göndərib.

  Qərbi Qüdsün yanğınsöndürmə rəisi Şmulik Fridman deyib ki, bu yanğınlar İsrail tarixində ən böyük yanğınlardır.

  İsrail Müdafiə naziri İsrael Katz ölkə daxilində fövqəladə vəziyyət elan edib və hərbçilərə Qərbi Qüds təpələri ərazisində yanğınsöndürənlərə kömək etməyi tapşırıb.

  “Kanal 12” xəbər verir ki, İsrail kütləvi meşə yanğınları səbəbindən planlaşdırılan bütün Müstəqillik Günü tədbirlərini ləğv edib. Bu gün 1948-ci ildə tarixi Fələstin torpaqlarında İsrail dövlətinin qurulması ilə bağlıdır. O zaman təqribən 800.000 fələstinli məcburi köçürülüb və işğal olunmuş Fələstində Nəkbə kimi tanınan mülki əhalinin qətliamı törədilib.

  İsrail hakimiyyət orqanları havanın temperaturunun yüksəlməsi və güclü külək nəticəsində yaranan geniş meşə yanğınları fonunda ölkənin mərkəzindəki bir neçə şəhəri də boşaldıb. Bu yanğınlar 2471 hektar ərazini məhv edib və 9 nəfər yaralanıb.

MƏNBƏ:trt global