DÜNYA
1 dəqiqə oxuma
İndoneziyada iki qatar toqquşub, ölən və yaralananlar var
İndoneziyanın Qərbi Yava əyalətinin Bekasi şəhərində baş vermiş ağır qatar qəzası nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 84 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb
İndoneziyada iki qatar toqquşub, ölən və yaralananlar var
İndoneziyada iki qatar toqquşub, ölən və yaralananlar var / Reuters

İndoneziyanın Qərbi Yava əyalətinin Bekasi şəhərində baş vermiş ağır qatar qəzası nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 84 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. "Antara" xəbər agentliyinin məlumatına görə, hadisə aprelin 27-də qeydə alınıb.

Dövlət dəmir yolu operatoru "PT Kereta Api Indonesia"nın (KAI) rəsmiləri onlarla yaralı sərnişinin müxtəlif xəstəxanalarda müalicə olunduğunu bildiriblər. "Jakarta Globe" qəzetinin məlumatına görə, KAI sözçüsü Franoto Vibovo hadisənin Bulak Kapal dəmir yolu keçidində bir taksinin elektrikli şəhərətrafı qatarla toqquşması nəticəsində başladığını qeyd edib.

İlkin toqquşmadan sonra şəhərətrafı qatar dayanıb və qısa müddət sonra eyni xətt üzrə hərəkət edən uzaqmənzilli qatar dayanmış vaqonlara çırpılıb. Milli Axtarış və Xilasetmə Agentliyi (Basarnas) daxil olmaqla bütün təcili yardım qrupları gecə boyu dağıntılar altında qalan və ağır xəsarət alan sərnişinlərin təxliyəsi üçün iş aparıblar.

Rəsmi qurumlar qurbanların bütün tibbi və dəfn xərclərinin dövlət tərəfindən ödəniləcəyini bildiriblər.

Hazırda hadisə yerində qatarların hərəkəti qismən məhdudlaşdırılıb. İstintaq qrupları qəzanın dəqiq səbəblərini araşdırır. İndoneziya nəqliyyat orqanları dağıntıların aradan qaldırılması və xilasetmə əməliyyatlarının davam etdiyini diqqətə çatdırıblar.

Araşdırma
Rusiya: Ukraynada logistika mərkəzlərini, limanları və gəmiləri vurduq
Hələbdə hərbi ərazidə baş verən partlayışlarda 4 nəfər xəsarət alıb
İran İnqilab Keşikçiləri: Hörmüz boğazında MQ-1 PUA-sı vuruldu
Pakistanda məscid yaxınlığında partlayış olub, 15 nəfər ölüb
İran İslam İnqilabı Keşikçiləri Korpusu Toqo bayrağı altında üzən neft tankerinə hücum edib
ABŞ nümayəndələrinin Omanda husilərlə görüşdüyü irəli sürülüb
İsrail və Mərakeş diplomatik əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər
ABŞ Fələstin dövlət başçısı Mahmud Abbasın viza müraciətini rədd edib
İran Qeşm adası üzərində ABŞ-yə məxsus PUA-nı məhv etdiyini açıqlayıb
Səudiyyə Ərəbistanı Mekkə yaxınlığında husilərə məxsus PUA-nın məhv edildiyini açıqlayıb
Somali xalqı Türkiyəyə minnətdarlığını bildirib
ABŞ kosmosa silah yerləşdirdiyini ilk dəfə təsdiqlədi
Rusiya Ukraynaya ağır zərbələr endirib
İran Hormüz boğazının qərbində "MQ-1" tipli pilotsuz uçuş aparatını məhv edib
Pentaqon:’’İrana qarşı  müharibə ABŞ-nin sursat ehtiyatlarını tükədib’’
İsrail qüvvələri iki fələstinlini daha qətlə yetirdi
İsrail KİV-ləri:''R.T Ərdoğan Türkiyəni Yaxın Şərqdə regional aktora çevirib''
Rusiya MN:"Ukraynanın qərbindəki dəmir yolu infrastrukturuna hücumları davam etdirdik"
BRİCS liderləri fələstinlilərin Qəzzadan zorla köçürülməsinə qəti şəkildə etiraz ediblər
Səudiyyə Ərəbistanı ''Şərq-Qərb'' neft kəmərinin hədəf alındığını açıqladı